Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 21:03

“Fəllücənin üçdə biri alınıb”


Fəllücədən didərgin düşənlər

-

ABŞ-ın Bağdaddakı komandiri deyir ki, İraq qüvvələri Fəllücə şəhərinin yalnız üçdə birini təmizləyə biliblər. Daha öncə İraq hökuməti şəhəri İslam Dövləti (İŞİD) qruplaşmasından azad etdiyini bildirirdi.

ABŞ-ın İŞİD əleyhinə koalisiyasının sözçüsü, polkovnik Christopher Garver deyib ki, Fəllücənin üçdə biri yaraqlılardan “təmizlənib”. Onun sözlərinə görə, təmizlənən ərazinin böyük hissəsi şəhərin cənubundadır və “təmizləmə əməliyyatları şəhər mərkəzinə doğru davam edir”.

İraq qüvvələri iyunun 17-də Fəllücənin mərkəzinə doğru irəliləyib və hökumət binalarının yerləşdiyi kompleksi ələ keçirib.

Bağdaddan 50 kilometr qərbdə yerləşən Fəllücə 2014-cü ilin ortasından İŞİD-in nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG