Avropa Komissiyasının rəgbəri Jean-Claude Juncker bildirib ki, Rusiyaya qarşı sanksiyaların ləğvi yalnız Minsk razılaşmasının bütün tələblərinin yerinə yetirilməsindən aslıdır.
O iyunun 16-da Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişənin Avropa Birliyi-Rusiya münasibətlərində ağır sınaq olduğunu vurğulayıb.
Amma o, Moskva ilə dialoqun hələ ki, açıq olduğunu deyib.
Qeyd edək ki, Avropa Birliyi ilə ABŞ 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.
Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır. Moskva ittihamı rədd edir.