Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:32

Nobeldən kim, niyə imtina edib


Nobel mükafatına daxil olan medal
Nobel mükafatına daxil olan medal

Onların bəziləri özü, bəziləri də dövlətin təzyiqi ilə nobeldən imtina edib. Ancaq 110 il ərzində sayları 10-u keçməyib

-

İlk Nobel imtinaçısı Lev Tolstyodan sonra keçən 110 ildə ona yaxın adam bu nüfuzlu mükafatdan imtina edib.

Tarixdə ilk nobel imtinaçısı Lev Tolstoy sayılır
Tarixdə ilk nobel imtinaçısı Lev Tolstoy sayılır

​1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev Nikolayeviç Tolstoyun nobelə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutan Tolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd nobel almaq üçün yox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyinin geri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi. Ancaq Tolstoy bu cür addım atmış yeganə adam deyil. Sonradan nobel imtinaçılarına Jan Pol Sartre, Boris Pasternak və başqa tanınmış simalar da qoşuldular.

Sovet hakimiyyətinin təzyiqi ilə Nobeldən imtina etmiş yazıçı Boris Pasternak
Sovet hakimiyyətinin təzyiqi ilə Nobeldən imtina etmiş yazıçı Boris Pasternak

Lev Tolstoy öz davranışı ilə bir nümunə yaratdı. Yeni yaranmasına baxmayaraq (o zaman nobel mükafatı cəmi beş iş il idi yaranmışdı), prestiji olan bu mükafatdan heç kim imtan etməzdi. Rus yazıçısının qeyri-adi addımından sonra isə xüsusi termin olan: “Nobel imtinaçısı” yarandı. Ondan bəri keçən 110 il ərzində belə “üsyankarların” sayı 10-u keçməyib.

Tolstoyun yerinə Carducci

Tolstoy fin dostu yazıçı və tərcüməçi dostu Arvid Järnefeltə yazıb ondan kömək istəyirdi. O məktubunda “Hərb və Sülhün” müəllifi kimi nobelin kiməsə başqasına qismət olması üçün ona yardım etməsini rica edirdi. Gözlənildiyi kimi dostu bundan təəccüblənmişdi. Nəzərə alanda ki, o dövr “Nobel” mükafatının həcmi 150 milyon isveç kronu idi, belə mükafatdan imtina etmək üçün dəli olmaq lazım idi. Tolstoy sonralar Järnefeltə yazdığı sonrakı məktublarında onu “böyük məbləğin öhdəsindən gəlmək kimi ağır əzabdan qurtardığı üçün” minnətdarlığını bildirirdir. Ümumiyyətlə, o zamanlar Lev Nikolayeviç ən yaşlı nobel mükafatçısı ola bilərdi, axı mükafat veriləndə onun nə az, nə çox 78 yaşı vardı. Ancaq Tolstoy mükafatı almadığı üçün ən yaşlı nobelçi amerikalı iqtisadçı Leonid Hurwicz hesab olunur. O düz 90 yaşında nobel alıb.

Beləliklə 1906-cı ildə nobel mükafatını italyan şairi Giuseppe Carducci aldı. Tolstoy bundan həddsiz sevinmişdi, bununla belə dünyada Nobel mükafatından imtina etmiş ilk insan kimi də tarixə keçmişdi.

Üsyançı Sartre

Tolstoyun imtinasından düz 58 il sonra, eyni hadisə yenidən təkrarlanıb. Bu dəfə “imtinaçı” fransız Jean-Paul Sartre id. Ancaq Tolstoydan fərqli olaraq Sartre öz imtinasını səs-küysüz deyil, böyük bir qalmaqal qopararaq gerçəkləşdirmişdi. O öz imtinasına iki səbəb göstərmişdi. Birincisi, fransız yazar bununla öz müstəqilliyini dünyaya car çəkir, ikincisi bu yolla o haqsızlıqda suçladığı Nobel komitəsinə etirazını bildirirdi. Sartre bu haqda yazırdı: « ... İndiki şəraitdə işinə görə mükafata laiyiq görülənlər Qərbin yazıçıları ya da Şərqin « üsyançıları » dır. Ancaq Cənubi Amerikanın ən böyük şairi Neruda mükafata layiq görülməyib. Heç vaxt Aragonun namizədliyinə ciddi yanaşılmayıb. Həmçinin Nobel mükafatının Şoloxova deyil Pasternaka verilməsi, nobel alan yeganə sovet əsərinin isə xaricdə çap olunub, öz ölkəsində qadağa edilməsi özlüyündə üzücü faktdır ». Sartre « Nobeli » onun azadlığını əlindən almağı hədəflədiyini deyirdi .

Jean-Paul Sartre 1968-ci ildə
Jean-Paul Sartre 1968-ci ildə

Məlumdur ki, Pasternakın nobelə layiq görülməsi 1958-ci ildən əvvəl baş vermişdi. Doğurdan da yazar mükafatdan imtina etmişdi, ancaq öz istəyi ilə deyil, « yuxarıların » təzyiqi ilə. Kremli buna məcbur edən səbəb hələ də məlum deyil. Ya səbəb « Doktor Jivaqo » romanının özündə idi, ya da romanın xaricdə çap olunması Kremlin qısqanclığına gətirib çıxarmışdı. Ancaq necə oldusa nobel mükafatın Pasternaka düşməmişdi, mükafata layiq görüldükdən iki il sonra yazıçı xəstələnib dünyasını dəyişir, onun Nobel mükafatını isə 1989-cu ildə oğlu ala bilir. Şoloxova gəldikdə isə o öz nobelini 1965-cu ildə ala bilir.

Sülh uğrunda

“Nobel İmtinaçılar” arasında yazıçı olmayanlar da var. Məsəlçün bir siyasətçini misal çəkək. Ən parlaq nümunə şimali Vyetnamdan olan siyasətçi Le Duc Thodur.

Vyetnamlı siyasi lider Le Duc Tho
Vyetnamlı siyasi lider Le Duc Tho

Onun bəxt ulduzu ABŞ dövlət katibi Henry Kissingerlə birgə parlamışdı, 1973-cü ildə hər iki siyasətçi “Vyetnam münaqişəsinin birlikdə həlli işinə” görə nobelə layiq görülürlər

Hər şey gözlənilən idi. Bir neçə il ağır danışıqlar aparılmış və uğurla nəticələnmişdi, nəticədə Amerikalılarla vyetnamlılar Parisdə atəşkəs sazişi imzalamışdılar. Ancaq bütün bunlar sadəcə kağız üzərində qalırdı. Gerçəkdə müharibə hələ də davam edirdi. Buna görə də Şimali Vyetnamlı siyasətçi mükafatdan imtina etmişdi. O sülhü tam bərpa edə bilmədiyi üçün özünü bu mükafata layiq görmürdü.

Nobelə layiq görülüb ala bilməyənlər içində elm adamları da var, özü də onun nobel almasına mane olan siyasətçilər idi. Belə ki, 1939-cu ildə Nobelə namizəd görülmüş mikrobioloq Gerhard Domagk nobeldən imtina etməli olur. Onun bu addımın səbəbkarı isə Adlof Hitler idi.

Alman bakterioloqu Gerhard Domagk da nobeldən hakimiyyətin təzyiqi ilə imtina etmişdi
Alman bakterioloqu Gerhard Domagk da nobeldən hakimiyyətin təzyiqi ilə imtina etmişdi

Bu yolla Hitler Nobel komitəsindən bir növ intiqam alırdı. Belə ki, 1936-cı ildə sülpərvər və nasizmin düşməni Carl von Ossietzky-nin nobelə layiq görülməsi Hitleri bərk əsəbləşdirmişdi. Buna görə də 1937-ci ildə Hitler almanların Nobel almasını qadağan edən fərman imzalamışdı.

Bir qəribə fakt da tez-tez qarşımıza çıxır. Sən demə Hitler özü də 1939-cu ildə tam Nobel almaq şansına sahib imiş. Onun mükafata namizədliyini İsveç Akademiyasının bəzi üzvləri „sülhə“ xidmətindən dolayı irəli sürmüşdülər.

XS
SM
MD
LG