Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:49

Şoloxov Nobel alanda rəqibləri bu yazıçılar imiş


Mikhail Sholokhov, 1971
Mikhail Sholokhov, 1971

-

İsveç Akademiyası Nobel mükafatına real namizədlərin adlarını, müzakirələri əlli il gizli saxlayır, bu o deməkdir ki, artıq biz 1965-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatının qalibi olmuş Mixail Şoloxovun rəqiblərini bilə bilərik.

İsveçin "Svenska Dagbladet" qəzetinin jurnalisti İsveç Akademiyasının 1965-ci il sənədlərinə baxıb.

O xəbər verir ki, həmin il Şoloxovun real rəqibləri Pablo Neruda, Nabokov və Borges imiş.

Şoloxovun həmin il seçilməsi isə anonim verilmiş yekdil qərar olub. Seçim vaxtı Nobel Komitəsinin sədri Anders Österling deyib:

Sakit Don klassik şedevrdir, hər oxuyanda parlayır, bu folk epik əsərin namizədliyini birmənalı şəkildə dəstəkləyirik, hərçənd, bunu gec edirik.” Bu ikihissəli kitab 1928 və 1940-cı illərdə çap olunmuşdu.

Jurnalist Schueler xəbər verir ki, 1965-ci ildə Şoloxovun bu mükafatı rus şairəsi Anna Axmatova ilə bölüşməsi də müzakirə edilirmiş.

Bu fikri Nobel Komitəsinin sədri A.Österling rədd edib, deyib ki, bu iki yazıçı arasında dildən başqa ümumi bir şey yoxdur.

O, həmçinin mükafatın növbəti il – 1966-cı ildə Miguel Ángel Asturias və Borges, həmçinin Shmuel Joseph Agnon və Nelly Sachs arasında bölüşülməsini rədd edib.

İrland yazıçısı Colm Toibin isə hələ 10 il bundan əvvəl yazırdı ki, jurnalistlər Borges-ə əsl “işgəncə” verirmişlər, onlar 1965-ci ildə və sonrakı illərdə Borges’in qapısının ağzında növbəyə durur, Nobel mükafatının qalibi elan edilən kimi Borges’in fikrini soruşurdular. Jurnalistlərin bu adəti onu çox kədərləndirirdi. Colm Toibin bunu yazarkən Borges'in qulluqçusu Epifanía Uveda de Robledo-ya istinad edir.

M.Şoloxovun rəqiblərindən yalnız Pablo Neruda, 1971-ci ildə Nobel mükafatı alıb.

XS
SM
MD
LG