Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 13:24

“Doktor Jivaqo” 77 min dollara satıldı


-

Rus yazıçısı Boris Pasternak-ın “Doktor Jivaqo” romanının iki fəslinin əlyazması Nyu Yorkda hərracda 77 min 500 dollara satılıb.

Bonhams hərrac evi alıcının adını açıqlamayıb. Əlyazma kitabın üçüncü və dördüncü fəsillərinin qaralamasından ibarət idi.

“Bu variantdan bəzi cümlələr romanın son versiyasına salınıb”, hərrac evi saytında bildirib.

Bu roman SSRİ-də çap olunmayıb. Ölkədən çıxarılıb və İtaliyada çapdan çıxıb. 1958-ci ildə Pasternak ədəbiyyat üzrə Nobel mükafatı alıb. Ancaq sovet hökuməti yazıçını həmin mükafatdan imtinaya məcbur edib.

XS
SM
MD
LG