Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

Somalidə azı 15 nəfər həlak olub


-

Somalinin paytaxtında populyar bir otelin qarşısında bomba qoyulmuş maşın partladılıb, azı 15 nəfər həlak olub. Polisin məlumatına görə, iyunun 1-də törədilmiş hücumda ölənlər arasında iki deputat da var.

Polis 15 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirir.

Hücuma görə məsuliyyəti Al-Qaedaya bağlı al Shabaab ekstremist qrupu üzərinə götürüb.

2011-ci ildə bu qruplaşma Afrika Birliyi sülhməramlıları tərəfindən Moqadişudan çıxarılıb. Ancaq tez-tez hücumlar törətməklə Qərbin dəstəklədiyi hökuməti yıxmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG