Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 22:51

Şimali Koreyanın raketi partladı


Şimali Koreyanın uğursuz raket sınağı
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

Şimali Koreyanın uğursuz raket sınağı

-

Şimali Koreya mayın 31-də uğursuz raket sınağı keçirib.

Bu barədə Cənubi Koreyahakimiyyəti məlumat yayıb.

Məlumata görə, səhər saat 5 radələrində ölkənin şərq sahilindən buraxılan ballistik raket havada partlayıb.

Cənubi Koreya mətbuatının yaydığı məlumata görə, söhbət “Musudan” adlı orta mənzilli raketdən gedir.

Pxenyan bu ilin aprelində də bu tipli raketlərin sınağını keçirib.

Amma sınaqların hamısı uğursuz olub.

Şimali Koreyanın ballistik raketlərin sınağını keçirməsi BMT qətnamələrinə ziddir.

Amma buna baxmayaraq Pxenyan bu tələbi vaxtaşırı pozur.

Şimali Koreya bu ilin yanvarında hidrogen bombasının sınağını keçirdiyini bəyan etdikdən sonra BMT-nin təhlükəsizlik şurası ona qarşı sanksiyaları kəskinləşdirib.

XS
SM
MD
LG