Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:44

Rəsul Rza mükafatı 9 yazara verilib


AYB

-

Azərbaycan Yazıçılar Birliyində Rəsul Rza adına mükafatların təqdimat mərasimi keçirilib. Tədbiri AYB-nin I katibi şair Fikrət Qoca açıb:

“Bu gün bizim böyük şairimiz Rəsul Rzanın doğum günüdür. Bu gün həm də poeziya bayramıdır. Ədəbiyyatın inkişafında rol oynayan qələm adamlarına bu mükafatın təqdim edilməsi şairin xatirəsinin əlamətdar bir bayram olduğunu, sözün, ədəbiyyatın təntənəsini göstərir”.

Daha sonra Rəsul Rza Fondun prezidenti F.Qoca builki mükafatçıların adlarını açıqlayıb.

Mükafat Kamran Nəzirli, Xəzangül, Etibar Etibarlı, Gülayə, Nazakət, Əlizadə Əsgərli, Məmməd Tahir, Təranə Turan Rəhimli və Tahirə Məğrura təqdim edilib.

XS
SM
MD
LG