Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 09:13

Təyyarənin qalıqları tapılıb


Airbus A-320

Mayın 20-də Aralıq dənizində tapılan qırıntıların bu günlərdə qəzaya uğrayan Misir təyyarəsinə məxsus olduğu güman edilir.

Təyyarə qalıqları İsgəndəriyyənin 290 kilometrliyində aşkar edilib.

Misir hərbçilərinin məlumatına görə ərazidən sərnişinlərə məxsus yüklər də tapılıb.

Hazırda qara qutunun axtarışı gedir.

Təyyarənin qalıqlarının aşkar edilməsi ilə bağlı bundan əvvəlki məlumat təkzib edilmişdi.

A-320 təyyarəsində 56 sərnişin və 10 heyət üzvü olub.

Onlardan 30-u Misir, 15-i Fransa, qalanları isə digər 10 ölkə vətəndaşlarıdır.

XS
SM
MD
LG