Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 06:23

LifeNews-un baş redaktoru çıxarıldı


-

LifeNews telekanalının baş redaktoru Andrey Mikheev vəzifəsindən gedib. Bu barədə RNS agentliyinə o özü və News Media holdinqinin direktor müavini Anatoliy Suleymanov məlumat verib. Mikheev-in yerini Sankt Peterburqdakı Life78 telekanalının baş redaktoru İlya Melehin tutacaq.

Mikheev 2016-cı ildə LifeNews-un baş redaktoru təyin olunub. Holdinqin rəhbəri Aram Gabrelyanov deyirdi ki, kadr islahatları “böyük dəyişikliklər”lə bağlıdır.

LifeNews 2008-ci ildən mövcuddur, kabel şəbəkələri, peyk və internet üzərindən yayım aparır. News Media holdinqinə isə “İzvestisiya” qəzeti, LifeNews telekanalı, Life.ru portalı, “Jizn” qəzeti və digər şirkətlər daxildir.

XS
SM
MD
LG