Bu günki AzadlıqLive-da:
Prezidentlərin Vyana görüşündə nə müzakirə olunacaq, hansı nəticə gözlənilir? Politoloq Rasim Musabəyov deyir ki, iki əsas mövzu olacaq.
Gənc fəala polisdə işgəncəmi verilib? Vəkil Elçin Sadıqovun Facebook səhifəsində Bayram Məmmədovun müraciəti yayılıb. Vəkildən bunları soruşduq ki, bu müraciəti doğrudanmı həbsdə olan gənc fəalın özü yazıb? Yazdığı işgəncələrin əlamətlərini vəkil özü görübmü? Və vəkil nə etmək fikrindədir?
Bu müsahibəyə onu da əlavə edək ki, Bayram Məmmədovun məktundan görünür ki, məhkəmə qərarından sonra da ona işgəncə verilib. Hər halda o, məktubunda belə yazır
Vəkil Elçin Sadıqov onu da deyir ki, Xətai rayon məhkəməsinin qərarından sonra prokurorluğun araşdırmasının ilk nəticələri artıq olmalıdır. Sabah bunu öyrənib sizə məlumat verəcəyik
Suyun qiyməti niyə qalxdı? Suallarımızı “Azərsu” Səhmdar Cəmiyyətininİctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Anar Cəbrayıllı cavablandırır:
Rusiyanın Qarabağda istədiyi
Rusiya Dağlıq Qarabağda münaqişənin qızışmasının əsas səbəbi olmasa da, bu regionda sabitsizliyin yaranmasında ikinci dərəcəli rol oynayır. «The Huffington Post» qəzetində Samuel Ramani Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik rolunu təhlil edir və arqumentini Moskvanın davranışındakı 3 əlamətlə yozur. Media icmalı
Ekspert: O biri xidmətlərin də qiyməti qalxacaq
«Exo» qəzeti bu günlərdə suyun əhaliyə satış qiymətinin artırılması fonunda ekspertlərlə kommunal xidmətləri müzakirə edib.
Ekspert Nəriman Ağayev qəzetə deyib ki, qiymət artımı bununla dayanmayaraq, davam edəcək. Amma o, bunun nə vaxt baş verə biləcəyini söyləməyib. Ekspertin deməsinə görə, bu sırada elektrikin qiymətinin də qaldırılacağı gözləniləndir. Media icmalı
Formula 1 və insan haqları
“Formula 1 rəhbərliyi Azərbaycan hökumətini haqsız yerə həbsə atılmış fəalları və jurnalistləri Avropa Qran Prisi öncəsi azadlığa buraxmağa çağırmalıdır”. Bu bəyanatla mayın 17-də Hüquqlar uğrunda İdman koalisiyası çıxış edib.