Keçid linkləri

2025, 22 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:04

AzadlıqLive - Bir qoyun dərisi 25 qəpiyə?

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:01 17.5.2016

İranda hicabsz şəklini yayan 8 model tutulub-saxlandı

İranda “internetdə qeyri-islami davranışa” qarşı keçirilmiş reydin əsnasında ölkənin tanınmış 8 qadın modelini polis həbs edib.

İran mediasının xəbərlərinə görə bu qadınlar hicabsız fotolarını İnstagrama yerləşdiriblər.

İran modelləri
İran modelləri

13:42 17.5.2016

Məmmədyarov Lavrovla razılaşır

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov KİV-ə açıqlama verib və deyir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergei Lavrov-un qiymətləndirməsi ilə razıdır : «Dünən keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalıdır. Regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir»

14:26 17.5.2016

Valideynə iş vaxtı güzəşti

3 yaşınadək uşağını təkbaşına böyüdən valideynə qısaldılmış iş vaxtı müəyyən edilib.

Bu gün Milli Məclisin plenar iclasında Əmək Məcəlləsinə edilən dəyişiklikdə bu öz əksini tapıb.

15:06 17.5.2016

Ödənişli təhsil: dəyişikliklər

Azərbaycanda 2016-cı ildə ali məktəb və texnikumlara ödənişli təhsil üzrə qəbulla bağlı bəzi dəyişikliklər edilib.

Bunu APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev deyib.

Davamı

XS
SM
MD
LG