Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:00

Gürcülər Albaniyaya vizasız gedəcək


Foto arxiv

Gürcüstan vətəndaşları turizm zezonunda Albaniyaya vizasız gedə biləcəklər.

Mayın 15-dən qüvvəyə minəcək vizasız rejim, noyabrın 1-dək davam edəcək.

Albaniya hökumətinin məlumatına görə, ölkəyə gəlmək istəyən Gürcüstan vətəndaşlarına yalnız pasport lazım olacaq.

Albaniya Gürcüstanla yanaşı Səudiyyə Ərəbistanı, Qətər, Rusiya və Belarus vətəndaşlarına qarşı da viza rejimini bu müddət ərzində ləğv edəcək.

Ölkəyə turist axınını artırmaqda məqsəd ölkə iqtisadiyyatını inkişaf etdirməkdir.

XS
SM
MD
LG