Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 04:58

“Nyukasl”la "Aston Villa" liqanı tərk edir


Foto arxiv

İngiltərə Premyer Liqasını tərk edən daha iki komanda məlum olub.

Bunlar “Nyukasl” və “Norviç”dir.

Premyer Liqanın əvvəlki turlarından təxirə salınan oyunlarının nəticəsinə görə, bu komandaların ali liqanı tərk edəcəyi rəsmiləşib.

Öz meydanında “Everton”u 3:0 hesabı ilə məğlub edən “Sanderlend” isə Premyer Liqada qalıb.

Qeyd edək ki, bundan əvvəl "Aston Villa"nın da premyer liqanı tərk edəcəyi məlum olub.

Premyer Liqada isə 30-cu turundan təxirə salınmış bir oyun keçirilib.

"Liverpul" öz meydanında "Çelsi" ni qəbul edib. Görüş 1:1 olub.

XS
SM
MD
LG