Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 04:55

D.Bahçeli Erdoganın planını xəyanət sayır


Devlet Bahceli

Türkiyədə müxalifətdə olan “Milliyyətçi Hərəkat Partiyası” nın lideri Devlet Bahçeli hakim “Ədalət və İnkişaf Partiyası”nın ölkədə prezident üsul-idarəsi yaratmaq planını pisləyib və onu dəstəkləməyəcəklərini bildirib.

O bunu mayın 5-də parlamentdə partiya üzvləri qarşısında çıxışında deyib.

Devlet Bahçeli prezident Erdoganın bu planını ölkəyə xəyanət və demokratiyaya qarşı cinayət adlandırıb.

Qeyd edək ki, Türkiyənin baş naziri Ahmet Davutoglu bu günlərdə hakim partiyanın liderliyi və baş nazirlikdən gedəcəyini bəyan edib.

Prezident Racep Tayyip Erdogan ölkədə prezident üsul-idarəsi tətbiq etmək və bunun üçün konstitusiyanı dəyişmək istəyir.

Hazırda Türkiyədə parlament sistemidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG