Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:00

U.Eco. Faşizm başqa cildlərə girərək bu gün də yaşayır


U.Eco
U.Eco

-

Faşizmin əlamətləri: ənənəçilik, elitarizm, başqa cür düşünmək - pisdir...

Umberto ECO

ƏBƏDİ FAŞİZM

(1995-ci ildə, faşizm üzərində qələbənin yubileyi münasibətilə, ABŞ-ın Kolumbiya universitetində keçirilmiş simpoziumda U.Eco‘nun oxuduğu məruzədən çıxarış)

Ur-faşizmin ilk əlaməti ənənə kultudur. Burada həqiqət bir dəfə və həmişəlik verilir, biliyin inkişafına yer olmur... İstənilən faşist mədəniyyətinə yalnız ənənəpərəst düşünənlər daxildir, yalnız onlar alqışlanır.

İtalyan faşistləri də, alman nasistləri də sanki Modernizmin siması olan texnikanı sevirdilər, ancaq onların ənənəçi mütəfəkkürləri elmdə ənənəvi mənəvi dəyərlərin inkarını gördürkləri üçün ona qarşı çıxırdılar.

Joseph Goebbels nasist mitinqində, 1930-cu illər
Joseph Goebbels nasist mitinqində, 1930-cu illər

Mədəniyyətə potensial tənqid daşıyıcıları kimi şübhəylə baxılırdı. Göbbels deyirdi: “Mən mədəniyyət sözünü eşidəndə dərhal tapançaya əl atıram”.

İntellektuallara münasibətdə şübhə həmişə ur-faşizmin mövcudluğuna işarədir.

Mövcud mədəniyyətlə razılaşmamaq, ona qarşı tənqidi mövqedə durmaq hər zaman elmin inkişafının əsas şərti sayılır, ur-faşizmə görə isə onunla razılaşmamaq satqınlıqdır.

Razılaşmamaq, həmçinin başqa cür düşünmənin əlamətidir. Ur-faşizm böyüdükcə ölkədəki başqa cür düşünənləri əridir.

İlk faşistlərin də şüarları başqacür olmaq əleyhinə idi. Ur-faşizm buna görə də rasizmdir.

Bütün tarixi faşizmlər hansısa iqtisadi və ya siyasi böhrandan sarsılmış və qıcıqlanmış kütlənin təhlükəsindən qorxan orta siniflərə əsaslanırlar.

Keçmiş proletarların kiçik burjuaziyaya çevrildiyi, lümpenlərin siyasi həyatdan uzaqlaşdığı bizim dövrümüzdə faşizm əla auditoriya tapa bilər. Ur-faşist hakimiyyət sosial cəhətdən məzlum, uğursuz əhaliyə deyir ki, onların yeganə üstünlüyü müəyyən ölkədə doğulmalarıdır, onlar bununla fəxr etməlidirlər. Nasionalizm belə yaranır. Milləti birləşdirə biləcək yeganə məsələ düşməndir.

Bütün belə ideologiyalara elitarizm xasdır. Tarix boyu bütün aristokrat və militarist elitarizmlər zəiflərə nifrətlə baxıblar.

Ur-faşizmə populist elitarizm xasdır. İyerarxik quruluşlu belə cəmiyyətlərdə hər bir rəhbər eyni zamanda həm özündən yuxarıdakına, həm də özündən aşağıdakına nifrət edir. Hər kəsi qəhrəman olması üçün tərbiyə edib böyüdürlər.

Belə hakimiyyətin miflərində qəhrəman nadir, ekstraordinar mahiyyətə malikdir. Qəhrəmanlıq kultu birbaşa ölüm kultu ilə bağlıdır.

Normal adamlara deyirlər ki, ölüm kədərlidir, lakin onu ləyaqətlə qarşılamaq lazımdır. Ur-faşizmin qəhrəmanı acgözlüklə ölümü gözləyir. Çünki bu, şərəfli həyatının müqabilində aldığı ən yaxşı mükafat sayılır.

Qəhrəmanlıq kimi davamlı müharibələr də mürəkkəb bir oyundur. Ur-faşizm hakimiyyətə can atmasını bəzən qadın-kişi münasibətlərinə köçürür. Ərliyə sitayiş buna əsaslanıb.

Ur-faşizm keyfiyyətli populizm üzərində qurulur. Demokratiya şəraitində vətəndaşlar şəxsiyyət olaraq hüquqlarından istifadə edirlər. Ur-faşizmin gözündə şəxsiyyətin heç bir hüququ yoxdur. Xalq isə ümumi iradəni əks etdirən monolit varlıq kimi qəbul olunur. Bu halda xalq yalnız teatral fenomen kimi qalır.

Ur-faşizm G.Orwell'in “1984″ romanında icad etdiyi yeni dildə danışır. Nasist və faşist dərsilikləri zəif leksikası və primitiv sintaksislə fərqlənir. Məktəbliləri maksimum şəkildə mürəkkəb düşüncə alətlərindən məhrum etməyə çalışırlar...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG