Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 10:42

Portuqaliyanın 22 futbol klubunda axtarış


Foto arxiv

Portuqaliyada bir sıra futbol klublarının ofislərində axtarış aparılıb.

Söhbət pulyuma əməliyyatı və Rusiyadan olan kriminal aləmin bunda əli olmasının mümkünlüyündən gedir.

Portuqaliya prokurorluğunun mayın 3-də yaydığı məlumata görə, Lissabonun “Benfika” və “Sportinq” klubları da daxil olmaqla 22 klubun ofisində axtarış aparılıb.

Polisdəki mənbələrdən Reutersə verilən məlumata görə, istintaq əsasən rusiyalı biznesmen Aleksandr Tolstikovun sahibi olduğu “Unian Leyriya” klubuna yönəlib.

Klub fırıldaqçılıq, sövdələşmiş transferlər, sənədlərin saxtalaşdırılması, pulyuma əməliyyatı, mütəşəkkil cinayətkar qruplarla əlbir olmaqda şübhəli bilinir.

XS
SM
MD
LG