Keçid linkləri

Təcili xəbərlər
2022, 03 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:39

Dünya xəbərləri

Suriya ordusu hücuma hazırlaşır

Foto arxiv

“Suriya ordusu Deyr əl Zorvə Rakka şəhərində İslam Dövləti qrupunun üzərinə hücuma hazırlaşır”.

Bunu aprelin 29-da Rusiyanın BMT-ki elçisi Aleksi Borodavkin Cenevrədə bəyan edib.

O, Rusiya hərbi-hava qüvvələrinin Suriya ordusuna havadan dəstək verəcəklərini bildirib.

Suruya ordusu martın 27-də yaraqlılar qədim Palmira şəhərindən çıxarıb.

Bu əməliyyatdan sonra “İslam Dövləti” qrupununÖlkənin qərbi ilə onların paytaxı hesab olunan Rakka şəhəri arasındakı təhcizat yolu bağlanıb.

Kürd yaraqlıları isə bu arada Şaddadeh şəhərinə doğru hərəkət edərək yaraqlıların İraqın Mosul şəhəri ilə əlaqəsini kəsiblər.

Amma Deyr əl Zorla Rakkanı birləşdirən yol hələ də yaraqlıların əlindədir.

Bütün xəbərləri izləyin

İran rialı rekord ucuzlaşıb

Bu, gənc qadının polisdə ölməsinə görə ölkəni bürümüş etiraz aksiyaları fonunda baş verib

İranın milli valyutası rial ABŞ dollarına nisbətdə rekord həddə ucuzlaşıb.

Bu, gənc qadının polisdə ölməsinə görə ölkəni bürümüş etiraz aksiyaları fonunda baş verib.

Tehran treyderləri və Bonbast.com saytı bildirirlər ki, oktyabrın 3-də 1 ABŞ dollarının qiyməti 331,000 rial olub.

Bir həftə bundan əvvəl bu rəqəm 316,800, sentyabrın əvvəllərində isə 298,200 rial idi.

İran ölkəni bürüyən etirazlara görə xarici qüvvələri ittiham edir.

Ötən həftə İranda Fransa, Almaniya, İtaliya, Niderland və Polşa vətəndaşları da daxil 9 əcnəbi həbs edilib.

İran 2015-ci ildə dünya gücləri ilə nüvə sazişi imzalayanda 1 dollar 32,000 rial idi.

Lakin 2018-ci ildə keçmiş prezident Donald Tramp öz ölkəsini bu sazişdən birtərəfli qaydada çıxardıqdan sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub.

Bakıdakı tıxacların günahkarı kimdir?
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Bolqarıstanda Borisovun partiyası seçkidə önə çıxır

Seçkinin ilkin nəticələri

Vasilyev deyib ki, GERB və Hüquqlar və Azadlıqlar uğrunda Hərəkat (DPS) ölkə siyasətində “korrupsiya simvoludurlar

Bolqarıstanda vaxtından əvvəl parlament seçkisinin ilkin nəticələri keçmiş baş nazir Boyko Borisovun sağ mərkəzçi Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda (GERB) partiyasının daha çox səs yığdığını göstərir. Bu, Avropa İttifaqının ən yoxsul üzvündə son 18 ayda dördüncü seçkidir.

Oktyabrın 3-də bülletenlərin 99 faizi sayılandan sonra GERB-in səslərin 25.4 faizini yığdığı açıqlanıb. Keçmiş Baş nazir Kiril Petkovun mərkəzçi Dəyişiklik uğrunda Davam Edirik partiyası 20.2 faizlə ikinci olub. Bu partiya korrupsiyaya qarşı mübarizə apardığını bildirir.

Yekun nəticələr oktyabrın 5-nə gözlənir.

2 oktyabr seçkilərinə seçicilərin 30 faizə yaxını gedib.

Petkov və PP partiyasının həmsədri, keçmiş maliyyə naziri Assen Vasilyev uduzduqlarını etiraf edərək GERB-lə koalisiyaya getməyəcəklərini bildiriblər.

Vasilyev deyib ki, GERB və Hüquqlar və Azadlıqlar uğrunda Hərəkat (DPS) ölkə siyasətində “korrupsiya simvoludurlar”.

7 milyona yaxın əhalisi olan Bolqarıstan 2020-ci ildən siyasi çaxnaşma içindədir. Həmin il ölkədə korrupsiyaya etirazlar başlanıb. İctimai qəzəb əsasən Borisova və onun GERB partiyasına yönəlib.

İndoneziyada stadionda ölənlərin sayının 127 yox 125 olduğu bildirilir

İndoneziya

İndoneziyanın Yava adasında futbol oyunu zamanı azı 127 nəfər həlak olması barədə məlumatlardan sonra oktyabrın 2-də rəsmi qurumlar məlumat yayaraq ölənlərin sayının 125 olduğunu bildiriblər.

Yayılan məlumatda qeyd olunur ki, bəzi qurbanlar iki dəfə sayıldığından yanlışlığa yol verilib.

Faciəvi hadisə hadisə uduzan komanda azarkeşlərinin kütləvi şəkildə futbol meydançasına axışması nəticəsində baş verib.

Yaranan izdiham zamanı qurbanların çoxu ayaqlar altında qalıb. Polisin məlumatına görə, daha 180 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

İndoneziyanın iki futbol komandası Malanqnın "Arema" və Surabayanın "Persebaya" komandası ilə Malanqdakı Kanjuruhan stadionunda qarşılaşıblar.

Aremanın 2:3 hesabı ilə uduzmasından narazı olan azarkeşlər futbol meydançasına qaçıblar. Yaranan izdiham çoxsaylı insan tələfatına səbəb olub.

Polis gözyaşardıcı qazdan istifadə edib, lakin bu, iğtişaşları daha da gücləndirib. Ölənlər arasında qadın və uşaqlar, həmçinin iki polis əməkdaşı da var.

İndoneziya Futbol Liqası bir həftəlik fəaliyyətini dayandırıb. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Britaniya kəşfiyyatı: Liman şəhərindən çıxarılma Rusiyanın əməliyyat və siyasi uğursuzluğudur

Ukrayna

Kəşfiyyat mənbələri bildirir ki, qoşunların çıxarılması yüksək vəzifəli məmurlar tərəfindən Rusiya hərbi rəhbərliyinə qarşı növbəti ictimai tənqid dalğasına səbəb olub

Rusiya hərbi bloqerləri və müxbirləri iddia edirlər ki, Rusiya hərbçiləri Ukraynanın Liman şəfərini itirdikdən sonra Limandan təxminən 30 kilometr aralıda Kremennaya yaşayış məntəqəsinə doğru müdafiə xətti çəkməyə çalışır.

Bu ərazilər artıq Luqansk vilayətində, Rusiya qoşunlarının yayın birinci yarısında ağır döyüşlərlə işğal etdiyi Lisiçansk və Severodonetskin şimalında olan yaşayış məntəqələridir.

Britaniya kəşfiyyatı Ukrayna qüvvələrinin hücumu ilə Rusiya qoşunlarının Donetsk vilayətinin Liman şəhərindən çıxarılmasını Rusiyanın əməliyyat və siyasi uğursuzluğu hesab edir:

“Əməliyyat baxımından Liman vacibdir, çünki o, Rusiyanın müdafiəsini gücləndirməyə çalışdığı Siverskii Donets çayı boyunca yolların əsas kəsişməsində yerləşir. Rusiyanın Limandan çıxması həm də böyük siyasi uğursuzluqdur, çünki o, Rusiyanın guya “azad etmək” məqsədi daşıdığı və qeyri-qanuni ilhaq etməyə cəhd etdiyi Donetsk vilayətində yerləşir”, – Böyük Britaniya Müdafiə Nazirliyi tvitter hesabında yazıb.

Kəşfiyyat mənbələri bildirir ki, qoşunların çıxarılması yüksək vəzifəli məmurlar tərəfindən Rusiya hərbi rəhbərliyinə qarşı növbəti ictimai tənqid dalğasına səbəb olub.

Britaniya kəşfiyyatı Limanı əlində saxlamağa çalışan Rusiya qüvvələrinin geri çəkilərkən ağır itki verdiklərini ehtimal edir.

Bundan əvvəl təxminən 5 min Rusiya hərbçisinin Liman itiqamətində mühasirəyə düşdüyü bildirlmişdi. Oktyabrın 1-də Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun sözçüsü sayın daha az ola biləcəyini deyib.

Ukrayna hərbçilərinin mühasirə ilə bağlı məlumatlarından sonra Rusiya Müdafiə Nazirliyi qoşunlarının Limandan "daha sərfəli ərazilərə" - çəkildiyi elan edib.

Bu arada Çeçenistanın rəhbəri Ramzan Kadırov özünün Teleqram kanalında Liman istiqamətində müdafiəyə rəhbərlik edən Mərkəzi Hərbi Dairənin komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib. Limanda digər bölmələr arasında "kadırovçular" də var idi.

AzadlıqRadiosunun Ukrayna xidməti BBC-yə istinadla yazır ki, Kadırov Lapini tənqid edərkən onu “Vaqner” qrupuna nəzarət edən və “Putinin aşpazı” kimi tanınan Priqojin də dəstəkləyib. Beləki o, son vaxtlar “Vaqner” PMC-nin fəaliyyətinin arxasında dayandığını və Ukraynadakı müharibəyə Rusiyadan məhbusları cəlb etdiyini gizlətməyib.

Bayden ‘şimal axını’ndakı hadisəni qəsdən törədilmiş təxribat adlandırıb

Baltik dənizində "Mavi axın -1 qaz kəmərinin zədələndiyi ərazidən görüntü

ABŞ prezidenti Co Bayden Baltik dənizində “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinə dəyən ziyanı qəsdən törədilmiş təxribat adlandırıb.

Hələki konkret səbəblərin bəlli olmadığını deyən ABŞ prezidenti baş verən hadisə barədə Rusiya preidenti Vladimir Putini "yalan və dezinformasiya" yaymaqda günahlandırıb.

Bayden deyib ki, ABŞ müttəfiqləri ilə birgə qaz kəməri ilə bağlı konkret nə baş verdiyini araşdırmağa çalışır və həmçinin artıq müttəfiqləri üçün mühüm vacib olan infrastrukturların qarunmasına yardım etməyə başlayıblar.

Amma o məsələnin detallarını açıqlamayıb.

Rusiya prezidenti Kremldə Ukrayna ərazilərinin ilhaqı ilə bağlı çıxışı zamanı heç bir sübut gətirmədən “anqlosaksonları” qaz kəmərlərində təxribat törətməkdə ittiham edib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə cümə günü etiraf edib ki, qaz kəmərində təxribatda Qərb ölkələrinin xüsusi xidmət orqanlarının mümkün iştirakı ilə bağlı Moskvada "heç bir məlumat yoxdur".

"Amma bizdə məlumat var ki, onlar bunu əvvəllər edirdilər", - Patruşev konkret nədən danışdığını açıqlamayıb.

Rusiya hakimiyyəti ABŞ-ı və Böyük Britaniyanı "anqlo-sakson" nümayəndələri adlandırır.

Hər iki “Şimal axını” qaz kəmərində böyük sızmalar sentyabrın 26-da baş verib. Həm Rusiya, həm də Avropa İttifaqı ölkələri hadisəni təxribat adlandırırlar.

Seysmoloqlar Baltik dənizinin dibində təxminən sızmaların baş verdiyi yerlərdə bir neçə partlayış qeydə alıblar ki, bu da kəmərin partladılması ehtimalını yaradır.

BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı "Qazprom"un sözçüsü Sergey Kupriyanov boru kəmərlərində təxminən 800 milyon kubmetr qaz olduğunu deyib. Onun sözlərinə görə, “Şimal axını”nın fəaliyyətinin bərpası “çətin texniki məsələdir”.

Bundan əvvəl Almaniyanın “Tagesspiegel” qəzeti də mənbələrə istinadən yazıb ki, qaz kəmərlərinin təmiri mümkün olmaya bilər.

“Şimal axını-1” vasitəsilə qaz nəqli Rusiya texniki səbəbləri əsas gətirərək dayandırıb, “Şimal axını-2” isə istismara verilməyib. İddia edilən təxribat Ukraynadakı müharibə və Moskva ilə Qərb ölkələri arasında münasibətlərin kəskin pisləşməsi fonunda baş verib.

“Qazprom” Ukrayna, eləcə də Qara dənizin dibi ilə boru kəməri vasitəsilə Avropa İttifaqı ölkələrinə məhdud miqdarda qaz tədarükünü davam etdirir. Bu isə müharibədən əvvəlki qa həcmindən xeyli aşağıdır.

ABŞ Kiyevə daha 12,3 milyard dollar ayırır

HIMARS-arxiv foto

ABŞ prezidenti Co Bayden Ukraynaya 12,3 milyard dollar yardımı nəzərdə tutan sənədi imzalayıb.

Məlumata görə, vəsaitin əsas hissəsi hərbi yardıma, Ukrayna hökumətinin dəstəklənməsinə, həmçinin 35 milyonu dollar Ukraynada potensial nüvə və radioloji insidentlərə hazırlıq və onlara cavab vermək tədbirləri ilə bağlı məsələlərə yönəldiləcək.

ABŞ, Avropa ölkələri, Yaponiya, Avstraliya Ukraynaya milyardlarla dollar hərbi və humanitar yardım ediblər.

Amerikanın indiyə qədər Kiyevə ayırdığı vəsait təxminən 44 milyard dollara çatıb. Ukraynaya Böyük Britaniya 6, Almaniya isə 3 milyarddan çox yardım edib.

Rusiya isə hesab edir ki, Qərb ölkələri Ukraynaya yardım etməklə, NATO Ukraynaya silah verməklə “odla oynayır”.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Rusiya BMT-də Ukraynadakı referendumu pisləyən sənədə veto qoyub

BMT Təhlükəsizlik Şurasının sessiyası, New York, arxiv foto

Rusiya BMT Təhlükəsizlik Şurasında Ukraynanın Rusiyanın nəzarətində olan və Rusiyayönlü separatçı bölgələrdə referendumları pisləyən qətnamə layihəsinə veto qoyub.

Sənədi ABŞ və Albaniya hazırlayıb. Albaniya, Böyük Britaniya, Qana, İrlandiya, Keniya, Meksika, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Fransa qətnamə layihəsinin lehinə səs verib.

Braziliya, Qabon, Hindistan və Çin isä bitərəf qalıb. Qətnamə layihəsində Ukraynanın işğal olunmuş ərazilərində keçirilən “qanunsuz referendumlar” pislənilir və ölkələrə müraciət olunur ki, Ukraynanın sərhədlərinin dəyişdirilməsini tanımasınlar.

Sənəddə həmçinin Rusiyaya çağırış edilir ki, öz qoşunlarını dərhal Ukraynadan çıxarsın.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislytsya çıxışında baş verən təkrarçılıqdan yorulduqlarını deyib.

"Qətnamə yalnız bir səsə - Rusiyanın səsinə görə qəbul edilməyib. Biz artıq Rusiyanın Təhlükəsizlik Şurasına veto qoymaq hüququndan istifadə etməsinə icazə verilməsini daim təkrarlamaqdan yorulmuşuq"

Sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyasındakı çıxışında Avropa Şurasının prezidenti Çarlz Mişel bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasından xaric edilməlidir.

"BMT Təhlükəsizlik Şurasının daimi üzvü səbəbsiz və əsassız müharibəyə - BMT Baş Assambleyası tərəfindən qınanılan müharibəyə başladıqda, onun BMT Təhlükəsizlik Şurasındakı üzvlüyünün dayandırılması avtomatik olmalıdır".

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski də dəfələrlə Rusiyanın Təhlükəsizlik Şurası və BMT-nin digər strukturlarından xaric edilməsinə çağırıb.

Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin və separatçı “DXR” və “LXR” rəhbərləri, həmçinin Xerson və Zaporojye vilayətlərinin bir hissəsinin işğalçı administrasiyaları bu ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi haqqında saziş imzalayıblar. Artıq dünyanın bir çox ölkələri ilhaqı tanımadıqlarını bəyan ediblər.

Ukrayna bu əraziləriin geri qaytarılması üçün silah gücü ilə mübarizə aparacağını bəyan edir.

Rusiya bu il fevralın 24-də Ukraynaya qoşun yeridib.

Kabilin şiə məhəlləsində 19 nəfər öldürülüb

Hadisə yeri

Əvvəllər İslam Dövləti qruplaşması hazar icmasını, eləcə də Daşti Barçini hədəf alıb

Sentyabrın 30-da Əfqanıstan paytaxtı Kabilin şiələr yaşayan məhəlləsində təhsil mərkəzində intiharçı hücumu törədilib, 19 nəfər öldürülüb, 27 nəfər yaralanıb. Məlumatı Kabil polis rəisinin Taliban tərəfindən təyin olunmuş sözçüsü verib.

Etnik azlıq hazarların (xəzərlər) yaşadığı Dəşti Barçidəki mərkəzin içərisində partlayış səhər saatlarında baş verib. Sözçü Xalid Zadran partlayışın şagirdlərlə dolu otağında törədildiyini deyib.

Şahidlərin AzadlıqRadiosuna dediyinə görə, intiharçı əvvəlcə mərkəzin mühafizəçisini hədəfə alıb, sonra sinif otağında özünü partladıb.

Həmin vaxt mərkəzdə 150-dək tələbənin olduğu bildirilir.

Taliban ötən ilin avqustunda hakimiyyəti ələ keçirəndən Əfqanıstanda zorakılıq səngimir. Son hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Əvvəllər İslam Dövləti qruplaşması hazar icmasını, eləcə də Daşti Barçini hədəf alıb.

Taliban hökuməti partlayışın araşdırıldığını bildirir.

Fransa Ermənistana nümayəndə heyəti göndərir

Suren Papikyan

Paşinyan sərhəd zonasına beynəlxalq müşahidə missiyası göndərməyi vacib sayır

Fransa Ermənistandakı vəziyyəti dəyərləndirmək üçün bu ölkəyə nümayəndə heyəti göndərəcək. Bu haqda iki ölkənin müdafiə nazirlərinin görüşündə məlumat verilib. Sentyabrın 27-də Fransanın Müdafiə naziri Sebastyan Lekornyu Parisdə ermənistanlı həmkarı Suren Papikyanla görüşüb.

“Biz Azərbaycanla sərhəddə vəziyyəti müzakirə etdik. Orada hərbi əməliyyatlar dayandırılmalı, Azərbaycan qüvvələri çıxış mövqelərinə qayıtmalıdırlar”, – Lekornyu Facebook-da yazıb.

Ermənistan hələlik, bu görüşlə bağlı açıqlama verməyib.

Paşinyan beynəlxalq müşahidə missiyası istəyir

Baş nazir Nikol Paşinyan bazar ertəsi Parisə səfəri zamanı Fransa Prezidenti Emmanuel Makronla görüşündə sərhəd zonasına beynəlxalq müşahidə missiyası göndərməyin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu halda beynəlxalq ictimaiyyət birbaşa, vasitəçisiz informasiya ala bilərdi. Paşinyan Azərbaycanı sentyabrın 13-14-də Ermənistanın suveren ərazisinə təcavüzdə suçlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə Ermənistan ərazisinə müdaxiləylə bağlı ittihamları rədd edir. Onun sözlərinə görə, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz.

Sentyabrın 12-dən 13-nə keçən gecə sərhəd toqquşmalarında Azərbaycandan 80-ə yaxın, Ermənistandan 200-dən çox hərbçi həlak olub. Tərəflər bir-birini ittiham edib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağdakı təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirilib. Avqustun sonunda Laçın dəhlizinə paralel yol işə salınandan sonra Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılıb.

update

İjevskdə məktəbdə 17 nəfər öldürülüb, on biri məktəblidir

Məktəb yaxınlığı

Atəş açan şəxsin özünü öldürdüyünü Udmurtiya DİN də təsdiqləyib

İjevskdə məktəbdə atışmada ölənlərin sayı 17-yə çatıb. Onlardan on biri məktəbli, ikisi mühafizəçi, ikisi müəllimdir. Ötən gecə daha iki nəfərin vəfat etməsiylə ölü sayı artıb.

Udmurtiya respublikasında matəm elan olunub.

Rusiya İstintaq Komitəsi silahlının 34 yaşlı Artyom Kazantsev olduğunu müəyyənləşdirib. O özü də 88 saylı məktəbi bitirib.

Bəzi media qurumları silahlının üstündə svastka olan qısaqol köynəkdə olduğunu yazırlar.

Hazırda daha 16 uşaq və iki böyük şəhər xəstəxanalarındadır. Yeddi uşaq və iki böyük reanimasiya şöbəsindədir.

+++

İjevskdə orta məktəbdə 13 nəfərin öldürüldüyü bildirilir. Onların yeddisi məktəblilər, ikisi mühafizəçi, ikisi müəllimdir. Məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb. Hücum edənin özünü öldürdüyü bildirilir.

+++

Artıq ölənlərin sayının 9-a çatdığı, onların beşinin uşaq olduğu bildirilir.

+++

İjevskdə bir məktəbdə atışma nəticəsində altı nəfər, o cümlədən məktəbin mühafizəçisi öldürülüb, 20 nəfər xəsarət alıb. Bu haqda Udmurtiya Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Atışmanı təşkil edənin öz həyatına da son qoyduğu xəbər verilir. Açıqlamanı Udmurtiya başçısı Aleksandr Breçalov verib.

Ermənistan dronlara qarşı yeni imkanları nəzərdən keçirir
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

“Bu gün Udmurtiyada İjevskdəki 88 saylı məktəbdə faciə baş verib. Hələlik, şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs məktəbə girib, mühafizəçini öldürüb, bu bəllidir. Uşaqlar arasında itkilər və yaralılar var”, – o deyib.

Atəş açan şəxsin özünü öldürdüyünü Udmurtiya DİN də təsdiqləyib.

“112” Telegram kanalı isə 10 nəfəri öldüyünü, onların beşinin uşaqlar olduğunu bildirir.

Sentyabrın 26-da səhər qara geyimli bir kişi məktəbə girərək atəş açmağa başlayıb, onun motivləri bəlli deyil.

Sonuncu dəfə Rusiyada məktəbdə belə hadisə 2021-ci ilin oktyabrında Permdə Sars qəsəbəsində baş verib. Onda 12 yaşlı yeniyetmə ov tüfəngiylə məktəbə girib, tavana və divara atəş açıb. Xəsarət alan olmayıb, yeniyetmə saxlanıb.

İran etirazlarında azı 57 nəfərin öldüyü deyilir

Etiraz aksiyasında

Rəsmi məlumata görə etirazlarda həlak olanların sayı 41-dir

Insan haqları fəallarının məlumatına görə İranda 22 yaşlı qadının ölümünə görə ölkə boyunca başlanmış etirazlarda azı 57 nəfər ölüb.

Məhsa Əmini hicab qaydalarını pozduğuna görə polisə aparılmış və orada vəfat etmişdi.

Fəallar qadının əxlaq polisi tərəfindən döyülərək öldürüldüyünü deyirlər.

Hökumət bu ittihamları rədd edir.

İran İnsan Haqları Təşkilatı sentyabrın 25-də bildirib ki, ölkədə internetin bloklanmasına görə etirazlarda nə qədər adamın həlak olmasını dəqiq bilmək olmur.

Rəsmi məlumata görə etirazlarda həlak olanların sayı 41-dir.

İranda antihökumət etirazları artıq 10-cu gündür ki, davam edir.

Sosial mediada dərc olunan xəbərlərdə deyilir ki, hökumət etirazlarda öldürülənlərin ölüm səbəbini gizlədir.

İranda WhatsApp, Instagram və Skype mesajlaşma sistemləri bloklanıb.

İranda Facebook, Twitter, TikTok və Telegram hələ etirazlardan əvvəl bloklanmışdı.

Buna baxmayaraq etirazlarda çəkilən video və fotolar sosial şəbəkələrdə yayılmaqda davam edir.

Buryatiyada səfərbərlik: Adamlar ailələrini,işlərini atıb tayqa meşələrinə qaçırlar

Buryatiyada səfərbərlik

Ukraynada ölən buryatların sayı Rusiya üzrə orta göstəricidən təxminən 10 dəfə, Moskvadan isə 468 dəfə yüksəkdir

Buryatiyada səfərbərlik kütləvilik miqyasına və çoxsaylı pozuntulara görə müşahidəçilər tərəfindən ən çətinlərdən biri adlandırılır.

Sakinlər çağırış vərəqələrinin əlillərə, çoxuşaqlı atalara, eləcə də səhhəti ilə bağlı heç vaxt xidmət etməyənlərə, hətta ölənlərə gətirilməsindən danışır.

Buryatiyanın rəhbəri Aleksey Tsydenov belə pozuntuların olduğunu etiraf edib, lakin "səhvən" çağırılanların hamısının evlərinə qaytarıldığını bildirib. O belə adamların 70 nəfərə yaxın olduğunu deyib.

Amma səfərbər olanların qohumları və dostları bu sözləri təkzib edir və iddia edirlər ki, həmin şəxslər nə toplama məntəqəsindən, nə də təyin olunduqları hərbi hissədən bir daha geri qayıtmayıblar.

Orduya yarasız olsa da Alenanın atasına gələn çağırış vərəqi
Orduya yarasız olsa da Alenanın atasına gələn çağırış vərəqi

-Ulan-Udedə səhər saat 7-8 radələrində rəhmətə getmiş qardaşımın adına olan çağırış vərəqəsi ilə gəlnimizin qapısını döyüblər. O, polisə yoldaşının iki il əvvəl öldüyünü deyib. Üzr istəyib gediblər. Ulan-Udedə poliqrafiya sahəsində çalışan Natalya Semenova deyir ki, bu Buryatiyada yeganə hal deyil.

Alena Xarlamova adlı qız isə yazır ki, iki il əvvəl vəfat edən əmisi üçün gəliblərmiş.

Hüquq müdafiəçiləri Rusiya qanunvericiliyində “qismən səfərbərlik” anlayışının olmadığını bildirirlər. Bu da nəzəri baxımdan hər kəsin orduya şağırılması anlamına gəlir. Nəticədə, çağırılanların çoxu ədalətə ümid etmədən Rusiyanı tələsik tərk edir - əksər hallarda onlar Buryatiyadan qonşu Monqolustana qaçırlar. Hətta sərhəddə artıq uzun-uzadı tıxacların yarandığı da deyilir.

Səfərbərlik altına düşən sakinlər ailələrini və iş yerlərini tərk edərək, tayqa meşələrinə qaçırlar. Kişilərin bəzilərinin pasportu yoxdur, sərhədi keçə bilmirlər, sadəcə meşələrə gedirlər, gizlənirlər.

Buryatiya-Monqolustan sərhəddi
Buryatiya-Monqolustan sərhəddi

“Sibir.Realii”yə müraciət edən Buryatiyanın bir neçə sakini deyib ki, onların əvvəllər səhhətinə görə xidmət etməyən qohumlarına da çağırış vərəqələri verilib.

- Atamın 45 yaşı var, heç vaxt qulluq etməyib, xidmətə yararlı deyil. Dünən qapının zəngi çalındı. Onun imza atmasını təkid etdilər. Atam xaç işarəsi qoydu, - Ulan-Udedən Alena (ad dəyişdirilib) deyir. Məhkəməyə müraciət edəcəyini deyən Alena hələki vəkilin də buna zəmanət vermədiyini vurğulayır.

Adının çəkilməsini istəməyən Kurumkanski rayonunun sakinlərindən biri tanışlarına çağırış gəldiyini, xidmətə yararsız olmasına baxmayaraq evə getməsinə, xırda əşyalarını yığmasına belə imkan verilmədiyini deyir. O, sadəcə zəng vurub, Transbaykaliyaya, təlim-məşq toplanışına aparıldığını deyə bilib.

“Azad Buryatiya” müharibə əleyhinə fondunun həmtəsisçisi Viktoriya Maladayeva-nın sözlərinə görə, 4 min səfərbərlik plan olmasına baxmayaraq sentyabrın 21-də 5 min adama çağırış vərəqələri verilib.

Mətbuat Şurasının 8-ci qurultayında olanlar
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

- 5 mindən çox adamın səfərbər olunması sentyabrın 21-nə keçən gecə olub, indi bu rəqəm iki dəfə artıb. Qəsəbə rəisləri, polislər ümumiyyətlə, xidmət keçməyən, döyüş təcrübəsi olmayan 54, 56, 58 yaşlı kişilərə çağırış vərəqələri verirlər. Ailədəki bütün kişilərə - həm kürəkənə, həm də ər, oğul və ataya çağırış vərəqəsi verilən ailələr bizimlə əlaqə saxlayırlar. Bu, sadəcə olaraq Buryatiyada ağlasığmaz dəhşətdir, Müqəddəs Varfolomey gecəsi, heç kim yatmırdı. Bütün gecəni insanları yataqdan qaldırmaq, gecənin bir yarısında qapını döymək...

Ukrayna ilə müharibədə həlak olan əsgərlərin sayına görə Buryatiya Rusiya regionlarının liderlərindən birinə çevrilib. Buryatiyadan olan hərbçilər arasında ölüm, rəsmi məlumatlara görə, regionda hər 100 min nəfərə 60 nəfəri ötür. Bu, Rusiya üzrə orta göstəricidən təxminən 10 dəfə, Moskvadan isə 468 dəfə yüksəkdir.

Rusiyanın Ukraynada apardığı müharibədə həlak olan əsgərlərin sayına görə Buryatiya Rusiya regionlarının liderlərindən birinə çevrilib. Buryatiyadan olan hərbçilər arasında ölüm, rəsmi məlumatlara görə, regionda hər 100 min nəfərə 60 nəfəri ötür. Bu, Rusiya üzrə orta göstəricidən təxminən 10 dəfə, Moskvadan isə 468 dəfə yüksəkdir.

Sentyabrın 21-də isə Putin bütün Rusiya ərazisində qismən səfərbərlik elan edib. Bu təxminən 300 min rusiyalının orduya cəlb olunması deməkdir. Putinin bu qərarının elanından sonra Rusiyada etiraz aksiyaları başlayıb. Çağırışdan yayınmaq istəyən rusiyalılar müxtəlif ölkələrə üz tutmaqdadılar.

Sentyabrın 24-də isə Rusiya prezidenti könüllü təslim olmaya görə 10 ilədək həbs cəzası nəzərdə tutan qanunu imzalayıb.

Rusiya fevralın 24-də qonşu Ukrayna ərazisinə hücum edib. Müharibə hələ də davam edir.

İran Qərbi Azərbaycandan İraqdakı silahlılara zərbə endirdiyini bildirir

İrana məxsus artileriya qurğusu, arxiv foto

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalında yerləşən silahlı qruplaşmanın bazasına hücum edib. Bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Məlumatda deyilir: "İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələri sentyabrın 24-də İranın Qərbi Azərbaycan vilayəti daxilindəki mövqelərdən artilleriya atəşi açaraq, sərhədin o tərəfində yerləşən “terrorçu qrup”a hücum edib."

İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Tasnim" xəbər agentliyi bildirir ki, hədəf İraqın şimalındakı kürd separatçı qruplarına məxsus bazalardır.

Məlumatda həmçinin bildirilir ki, İran İnqilabı Keşikçiləri Korpusunun hücumları separatçı qrupun ölkədəki son iğtişaşlara verdiyi dəstəyə, eləcə də onların İrana silah idxal etmək cəhdinə cavabdır.

Tehran əxlaq polisinin həbs etdiyi 22 yaşlı Məhsa Əmininin ölümündən sonra bir həftədən çoxdur İranda etiraz və iğtişaşlar davam edir. Beləki Əminin doğulduğu Kürdüstan vilayətində başlayan etirazlar sonradan ölkənin onlarla şəhərini əhatə edib.

Putin Ukrayna ərazilərinin ilhaqını elan edə bilər-Kiyevin BMT-dən tələbi

Vladimir Putin, Dövlət Duması, 10 mart 2020

Ukrayna qondarma referendumlara görə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclas keçirməsini tələb edir

Ukrayna hazırda ölkənin Rusiya qoşunlarının nəzarətində olan bölgələrində keçirilən Rusiyanın tərkibinə daxil olmaq üzrə qondarma referendumlara görə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclas keçirməsini tələb edir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko rəsmi Tvitter hesabında məlumat verib.

O bildirib ki, Rusiya BMT Nizamnaməsini pozaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişdirməyə cəhd etdiyinə görə cavab verməlidir.

***

Vladimir Putin Rusiya Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində qondarma referendumların başa çatmasından bir neçə gün sonra, sentyabrın 30-da Federal Məclisə müraciət edə bilər.

RİA Novosti bu barədə Rusiya parlamentindəki mənbəyə istinadən məlumat yayıb.

"Verstka" teleqram kanalının mənbələri də iddia edir ki, həmin gün qondarma “DXR”, “LPR”, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişlər imzalana bilər.

Həmçinin TASS agentliyi də öz mənbələrinə istinadən xəbər verir ki, artıq sentyabrın 28-də - səsvermə başa çatdıqdan bir gün sonra Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya daxil olmasına dair qanun layihələri Dövlət Dumasına təqdim olunacaq. Duma və Federasiya Şurasının onları sentyabrın 29-da qəbul edəcəyi iddia edilir. Belə olan halda, təbii ki, sentyabrın 30-da Putin anneksiyanı elan edə bilər.

Ermənistan dronlara qarşı yeni imkanları nəzərdən keçirir
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

2014-cü ildə Vladimir Putin Federal Məclisin hər iki palatası qarşısında çıxış edərkən Krımın və Sevastopolun Rusiyaya daxil olduğunu elan edib və bundan sonra müqavilələr imzalanıb. Daha sonra Duma müvafiq qanunları qəbul edib.

Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində qondarma referendum sentyabrın 23-də başlayıb və sentyabrın 27-də bitir.

Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, referendum keçirilən ərazilərin sakinləri torpaqla birlikdə Rusiyanın tərkibinə daxil olmağa səs verirlər.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Sentyabrın 21-də isə Putin bütün Rusiya ərazisində qismən səfərbərlik elan edib. Bu təxminən 300 min rusiyalının orduya cəlb olunması deməkdir. Putinin bu qərarı elan olunan gündən Rusiyada etiraz aksiyaları başlayıb. Bundan başqa çağırışdan yayınmaq istəyən rusiyalılar müxtəlif ölkələrə üz tutmaqdadılar.

Sentyabrın 24-də isə Rusiya prezidenti könüllü təslim olmaya görə 10 ilədək həbs cəzası nəzərdə tutan qanunu imzalayıb.

Avropa Şurasının rəhbəri Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmağa çağırır

Çarlz Mişel , Brussel, 1 mart 2022

Avropa Şurasının prezidenti Çarlz Mişel hesab edir ki, Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasından kənarlaşdırılmalıdır.

"BMT Təhlükəsizlik Şurasının daimi üzvü səbəbsiz və əsassız müharibəyə - BMT Baş Assambleyası tərəfindən qınanılan müharibəyə başladıqda, onun BMT Təhlükəsizlik Şurasındakı üzvlüyünün dayandırılması avtomatik olmalıdır", - Çarlz Mişel Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyada çıxış edərkən deyib.

Sessiyadan kənarda Mişel "politico.eu" -ya Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də elan etdiyi səfərbərlikdən qaçan ruslarla bağlı vəziyyəti şərh edib. O deyib ki, Avropa İttifaqı (Aİ) “Kremldən alət kimi istifadə olunmasını istəməyənlərə açıq olmalıdır”.

Mövzunun Aİ səfirlərinin bazar ertəsi, sentyabrın 26-da keçiriləcək görüşündə müzakirəsi planlaşdırılır.

Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə Rusiyanın BMT Təhlükəsizlik Şurası və qurumun digər strukturlarından xaric edilməsinə çağırıb.

Rusiya Böyük Britaniya, ABŞ, Çin və Fransa ilə birlikdə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.

Bu beş ölkənin hər birinin Təhlükəsizlik Şurasının qətnamələrinə veto qoymaq hüququ var.

NYT: Putin generallardan Xersonu tərk etməməyi tələb edib

Ukrayna hərbçiləri, 14 sentyabr 2022

“New York Times” ABŞ hökumətindəki mənbələrə istinadən yazır ki, son həftələrdə Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlarda bəzi strateji qərarları öz üzərinə götürüb.

Qeyd olunur ki, Putin Ukraynaya hücumun ilk vaxtlarında işğal olunmuş Xersondan Rusiya qoşunların çıxarılması ilə bağlı komandirlərinin xahişlərini rədd edib.

Beləki komandanlıq hesab edir ki, qoşunların Xersondan mütəşəkkil şəkildə çıxarılması texnika və canlı qüvvələri Ukrayna ordusunun hücumlarından qoruya bilər.

Ukrayna ordusu Dnepr çayı üzərindəki körpünü yarasız hala saldığından Rusiya qoşunları arasında əlaqə kəsilib, körpü texnikanın ötürülməsi üçün yararsızdır.

Yaranmış bu vəziyyətə baxmayaraq Putin orduya Xersondan geri çəkilməyə icazə vermir. Məqaləyə görə, bu, onun üçün alçaldıcı məğlubiyyət kimi görünə bilər.

Qəzet yazır ki, tərk etməmək qərarı şəhərdəki Rus qoşunlarının əhval-ruhiyyəsinə zərbə vurub.

Xerson Rusiya ordusunun ələ keçirdiyi yeganə regional mərkəzdir.

ABŞ kəşfiyyatının məlumatına görə, Putin komandirlərə hərbi əməliyyatların sonrakı gedişi ilə bağlı strateji qərarları məhz ozü verəcəyini bildirib ki, bu, da yüksək rütbəli zabit heyətinin narazılığına səbəb olub.

Məlumata görə, hərbçilər Kiyevin tez bir zamanda ələ keçirilməsi üçün ilkin strateji planın mümkünlüyünə də şübhə ilə yanaşırmış.

Onlar hesab edirdilər ki, bunun üçün daha çox əsgər və texnika lazımdır.

“New York Times” yazır ki, elə Putin səfərbərliyinin başlanması haqqında fərmanı Rusiya ordu komandanlığının tövsiyəsi əsasında verib.

Qəzetə verdiyi müsahibədə ABŞ Silahlı Qüvvələrin Baş qərargah rəisi General Mark Milley hazırda strateji təşəbbüsün ukraynalılara keçdiyini, lakin onların qarşıda “uzun bir yol”u olduğunu deyib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Qazaxıstan bankı Rusiyanın 'Mir' kartından istifadəni dayandırır

Qazaxıstanın ən böyük bankı Halık Bank ABŞ Maliyyə Nazirliyinin sanksiya xəbərdarlığından sonra Rusiyanın Mir ödəniş kartlarından istifadəni dayandırıb.

Vaşinqton xəbərdarlıq etmişdi ki, Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən ölkə və şirkətlərə də sanksiyalar qoyulacaq.

Vyetnamın BIDV bankı da Mir kartlarından istifadəıni dayandırıb.

Halık Bank sentyabrın 21-də Rusiyanın İzvestiya qəzetinə bildirib ki, bu bankın terminallarında Mir kartlarından istifadə mümkün olmayacaq.

BIDV bank da İzvestiya qəzetinə eyni informasiyanı verib.

İki həftə əvvəl Türkiyənin İşbank və DenizBank bankları Mir kartları ilə bankomatlardan pul çıxarılmasını bloklamışdı.

Rusiya Ukraynaya müdaxilədən sonra bildirmişdi ki, onun Mir ödəniş sistemi Rusiyaya dost ölkələrdə işləyəcək.

Sentyabrın 20-də Reuters adları çəkilməyən iki ABŞ administrasiya rəsmisinə istinadən yazırdı rəsmilər İşbank və DenizBankın Mir ödəniş sistemindən imtinasını “ağıllı addım” adlandırıblar.

Gürcüstan bankında girov böhranı şübhəlinin həbsi ilə başa çatıb

Hadisə yeri

Gürcüstan bankında 9 saata yaxın davam etmiş girov böhranı girovçunun həbsi ilə başa çatıb

Gürcüstan bankında 9 saata yaxın davam etmiş girov böhranı girovçunun həbsi ilə başa çatıb.

Bu barədə sentyabrın 20-də Gürcüstan DİN məlumat verib.

Məlumatda deyilir ki, əməliyyat zamanı xəsarət alan olmayıb.

Nazirliyin məlumatına görə xüsusi polis birliyi adı yalnız Q.N. hərfləri ilə verilən 1985-ci il təvəllüdlü şübhəlini saxlaya bilib.

Kutaisidəki banklardan birində 14 nəfəri girov götürən şübhəli özünü partladacağı ilə hədələyirdi.

Şübhəli banka sentyabrın 20-də yerli vaxtla saat 11:00-da daxil olmuşdu və ona 2 milyon dollar nağd pul, Sprinter avtomobili, helikopter, Rusiya bayrağı və balıqçı tilovunun verilməsini tələb edirdi.

Media söhbətin Qriqol Narsiyadan getdiyini bildirir, lakin bu məlumat rəsmən təsdiq edilməyib.

Gürcüstanda bankda girov götürülənlər var

Gürcüstanın qərbi Kutaisi şəhərində bank qarətçisi olduğu bildirilən şəxs 10-dan çox adamı girov götürüb.

Daxili İşlər Nazirliyinin sentyabrın 20-də yaydığı məlumata görə, xüsusi polis bölmələri Kutaisidəki Şota Rustaveli prospektində yerləşən “Bank of Georgia”nın binasında girov götürmə böhranını həll etmək üçün “gərəkən bütün tədbirləri” görür.

Məktəbə 8 saatlıq yol? Astarada uşaqlar dərsə getmirlər deyə, nə saymağı, nə də adlarını yaza bilirlər.
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00

Bu bəyanatdan az öncə mediada yayılan xəbərlərə görə, naməlum bir şəxs bankın Kutaisi filialını qarət etməyə çalışıb. Ancaq polis hadisə yerinə çox tez gəlib deyə, o, azı 10 nəfəri, o cümlədən bank işçiləri və müştərilərini girov götürüb.

Ölkənin ən böyük bankı olan “Bank of Georgia” birinci dəfə deyil belə bir insidentlə gündəmə gəlir.

2020-ci ilin oktyabrında hərbi geyimdə maskalı silahlı bankın Zuqdudi şəhərindəki filialında 43 nəfəri girov götürüb. O, açıqlanmayan məbləğdə nağd ABŞ dolları ilə qaça bilib. O vaxtdan həmin şəxs yaxalanmayıb.

Meymunçiçəyi xəbərdarlığı – əcnəbilərə toxunmayın

ABŞ-da meymunçiçəyinə qarşı peyvənd məntəqəsi

Rəsmi əhalini həmçinin son üç həftə ərzində xaricdə olmuş şəxslər, həmçinin bütün “əcnəbilər”lə “dəri təması”ndan çəkinməyə çağırıb

Çinin aparıcı səhiyyə rəsmisi vətəndaşlara tövsiyə edir ki, meymunçiçəyinin yayılmasını önləmək üçün əcnəbilərlə fiziki təmasdan qaçsınlar. Çinin əsas hissəsində artıq bu virusa ilk yoluxma aşkarlanıb.

“Mümkün meymunçiçəyi yoluxmasını önləmək və sağlam həyat tərzimizin tərkib hissəsi olaraq tövsiyə edilir ki, 1) əcnəbilərlə birbaşa dəri təmasında olmayın”, – Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin baş epidemioloqu Vu Zunyu sentyabrın 18-də rəsmi Weibo səhifəsində yazıb.

Rəsmi əhalini həmçinin son üç həftə ərzində xaricdə olmuş şəxslər, həmçinin bütün “əcnəbilər”lə “dəri təması”ndan çəkinməyə çağırıb.

Sentyabrın 16-da cənub-qərbi Çonqqinq şəhərində xaricdən gəlmiş bir nəfərdə meymunçiçəyi virusu aşkarlanıb.

Dünya Səhiyyə Təşkilatı bu virusla əlaqədar qlobal fövqəladə vəziyyət elan edib.

Yoluxmuş şəxslər, heyvanlar, çirklənmiş materiallarla sıx təmasla keçən virus çiçək xəstəliyinə oxşar, amma daha yüngül simptomlara, məsələn, qızdırma, başağrısı, səpkiyə səbəb olur.

Adətən 2-3 həftə çəkən xəstəlik nadir hallarda təhlükəli ağırlaşmalar verir.

Spitakda zəlzələ olub

Arxiv foto

Sentyabrın 18-i saat 08:04-də Ermənistanın Spitak şəhərindən 5 km cənub-şərqdə 3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə "Azatutyun" Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur ki, episentrdə zəlzələnin gücü 4 bal olub. Zəlzələ Lori vilayətinin Spitak və Vanadzor şəhərlərində, eləcə də bir sıra ona bitişik icmalarda 3 bal gücündə hiss olunub.

Dağıntı və insan təlafatı barədə hər hansı məlumat verilmir.

1988-ci il dekabrın 7-də Spitakda güclü zəlzələ olub. Baş verən zəlzələ Leninakan (indiki Gümrü) və Spitak şəhərlərini demək olar ki, yer üzündən silib.

Rəsmi məlumata görə, zəlzələ nəticəsində ümumilikdə təxminən 25 min adam ölüb, 10 minlərlə insan əlil olub, 100 minlərlə adamsa evsiz qalıb.

Ən çox itki indiki Gümrü şəhərində olub - 17 min nəfər. Zəlzələnin mərkəzində, Spitakda isə 4 min adam ölüb.

Zəlzələ nəticəsində həmçinin, Kirovakan şəhəri də daxil olmaqla, onlarla şəhər və ətraf kəndlərə ziyan dəyib.

O zaman Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistana Bakıdan humanitar yardım aparan «İl-76» təyyarəsi də Ermənistanın hava məkanında müəmmalı şəkildə qəzaya uğramış, yardıma gedən 78 azərbaycanlı könüllü həlak olmuşdu

'Dosye' və 'EUobserver'in iddiası: AŞPA rəhbərliyi Rusiya kəşfiyyatı ilə bağlıdır

AŞPA, Strasburq, 25 aprel 2017

Araşdırmada iddia olunur ki, AŞPA-nın əvvəlki prezidenti Pedro Aqramunt, onun sələfi Rene van der Linden və təşkilatın keçmiş baş katibi Bruno Aller də Kremlin təsir şəbəkəsində olublar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks (Tiny Kox), assambleyanın bir neçə əvvəlki sədri və keçmiş baş katib Rusiya hərbi kəşfiyyatının (QRU) maraqları sferasında olub.

Koksun bu vəzifəyə seçilməsinə bir neçə il ərzində QRU-nun əməkdaşı tərəfindən lobbiçilik edilib. Bu barədə "Dosye" mərkəzi və "EUobserver" nəşrinin araşdırmasında deyilir.

Koks Hollandiyadan olan senatordur. O, Rusiyanın Ukraynaya hücumundan sonra, yanvarın sonunda sədr vəzifəsinə keçib. Araşdırmada Koks rusiyayönlü siyasətçi adlandırılır. Qeyd olunur ki, o, Rusiya nümayəndə heyətinə səlahiyyətlərinin qaytarılmasını dəstəkləyib.

Toni Kox, arxiv foto
Toni Kox, arxiv foto

Həmçinin o da vurğulanır ki, Krımın ilhaqı və Donbasdakı separatçıları dəstəklədiyinə görə səsvermə hüququndan məhrum edilən Rusiya nümayəndə heyətinin AŞPA sessiyalarında iştirakını Koks müdafiə edib.

Araşdırmaçıların fikrincə, Koksun AŞPA-ya sədr seçilməsi ideyası da ilk dəfə 2017-ci ilin yayından gec olmayaraq Moskvada yaranıb.

"Dosye"-nin araşdırmasında iddia olunur ki, AŞPA-nın əvvəlki sədri, 2017-ci ildə Rusiya nümayəndə heyəti ilə Suriyaya səfər edən və sonra istefaya məcbur edilən ispanyalı Pedro Aqramunt, onun sələfi hollandiyalı Rene van der Linden və təşkilatın keçmiş baş katibi fransalı Bruno Aller də Kremlin təsir şəbəkəsində olublar.

İddiaya görə, adı çəkilən şəbəkənin əsas koordinatoru, Rusiyanın Strasburqdakı baş konsulu Valeri Levitski olub. O da vurğulanır ki, V. Levitski 2018-ci ilin aprelində, Böyük Britaniyada keçmiş rus kəşfiyyatçı Sergey Skripal və qızına qarşı sui-qəsd cəhdindən az sonra QRU agenti kimi Fransadan qovulub.

İndi onun Rusiya Dövlət Dumasının beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində çalışdığı qeyd edilir. Qovulmasını şərh edən Levitski isə kəşfiyyatda iştirakını inkar edib.

"Dosye"yazır ki, Krımın ilhaqından əvvəl də Rusiya hakimiyyəti Avropa İnsan Haqları Məhkəməsinin (AİH) qərarlarına tabe olmamağın- o cümlədən YuKOS-un keçmiş səhmdarlarına təzminat ödəməməyin yollarını axtarıb.

“Sənədlərdən göründüyü kimi, bu prosesdə başqa bir vasitə Kremlin Avropa Şurasının siyasətinə daxildən təsir etmək cəhdləri olub – xüsusən də gizli şəkildə ən yüksək səviyyədə əməkdaşlığa cəlb etməklə”, – deyə jurnalistlər qeyd edirlər.

Araşdırmaçılar bildirilər ki, 2014-cü ildə Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə məhdudiyyətlər tətbiq edildikdən qısa müddət sonra Levitski Koksun qeyd olunduğu “AŞPA əlaqələrinin siyahısı” nı tərtib edib. Koksun AŞPA sədrliyinə namizədliyini irəli sürmək ideyasınının da ilk dəfə məhz Levitskidən gəldiyi bildirilir.

“Dosye” nin materialına görə, bu, AŞPA-nın keçmiş baş katibi Bruno Aller ilə görüş zamanı baş verib. Araşdırmaçılara görə, görünür o da Rusiya tərəfi ilə də əməkdaşlıq edib.

Araşdırma aparan jurnalistlərin fikirincə, van der Lindenin rolunun ən açıq nümunəsi Levitskinin 2017-ci ildə hazırladığı hesabatla bağlı ola bilər. Beləki həmin hesabatda Levitski Rusiya nümayəndə heyəti ilə birgə Suriyaya səfərinə görə qalmaqalın mərkəzində olan Pedro Aqramuntu xilas etmək planını açıqlayıb.

Pedro Aqramunt, AŞPA-nın keçmiş prezidenti, 10 oktyabr 2016
Pedro Aqramunt, AŞPA-nın keçmiş prezidenti, 10 oktyabr 2016

Levitskinin sözlərinə görə, Aqramuntun səlahiyyət müddətinin başa çatmasına kömək etmək üçün nizamnamənin şərhi üçün Avropa Şurası yanında konstitusiya hüququ üzrə məsləhətçi orqan olan Venesiya Komissiyasına müraciət etmək lazımdır. Belə olanda Aqramuntun vəzifədən uzaqlaşdırılması məsələsi yubanacaq və o, vəzifəsində daha çox qala biləcək. Levitskinin fikrinə görə, Rene van der Linden bu planı Koksa çatdırmalı, o isə icraata nail olmalı idi.

"Dosye"nin qeyd etdiyinə görə, sanksiyaların ləğvi üzərində işləməkdən əlavə, Koks özü rus siyasətçilərinə qeyri-rəsmi görüşlər də təklif edib. Məsələn, 2017-ci ilin dekabrında o, Rusiya parlamentarilərindən ibarət nümayəndə heyətinin, o cümlədən Liberal Demokrat Partiyasının hazırkı rəhbəri Leonid Slutskinin AŞPA Prezident Komitəsinin Parisdə keçiriləcək iclasına dəvət olunmasını təmin edib.

Araşdırmaçıların qənaətincə, AŞPA kəşfiyyat və mənbələrin ələ alınması üçün ideal yer olaraq qalır. Nəşr yazır ki, 46 ölkədən parlamentarilər buraya toplaşır və bu o deməkdir ki, AŞPA-da əldə olunan təsir asanlıqla yayılır.

"Dosye" həmçinin belə nəticəyə gəlir ki, Rusiyanın Avropa Şurasından kənarlaşdırılmasına baxmayaraq məsələ araşdırılmadıqca qurumun əsas üzvlərinin Kreml və QRU ilə gizli əlaqələri ilə bağlı vəziyyət dəyişməz qalır.

Tini Koks "EUobserver" ilə söhbətində Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəsini inkar edib. Koks Ukrayna məsələsində Moskvaya qarşı sərt mövqe tutur. AŞPA onun rəhbərliyi altında Rusiyanın Avropa Şurasından çıxarılması ilə bağlı tövsiyə qəbul edib.

Pelosi Ermənistana səfərini təsdiqlədi, 'detalları' açmadı

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi

ABŞ Nümayəndələr Palatasının spikeri vurğulayıb ki, onun səfəri bugünlərdə Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalardan xeyli əvvəl planlaşdırılıb

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftəsonu Ermənistana səfər edəcəyinə dair xəbərləri təsdiqləyib.

Pelosinin bu təsdiqindən əvvəl Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla Ermənistan arasında atəşkəsin hələki pozulmamasına dair məlumat vermişdi.

Senyabrın 16-da Berlində danışan Pelosi deyib ki, o Ermənistana sentyabrın 17-də ABŞ nümayəndə heyəti ilə birgə gələcək:

"Sabah biz Ermənistana səfər edirik, çünki ermənilərdən uzun müddət bundan əvvəl dəvət almışdıq. Mən bu səfərin detallarını müzakirə etmək istəməzdim, çünki biz səfər zamanı hədəflənmək istəmirik. Odur ki, əvvəlcədən heç nə deməyəcəyəm”.

Pelosi vurğulayıb ki, onun Ermənistana səfəri bugünlərdə Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalardan xeyli əvvəl planlaşdırılıb.

Qaribaşvili Filip Rikerlə görüşüb

İrakli Qaribaşvili (sağda) və Filip Riker

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 12-də ABŞ-ın Qafqaz üzrə Baş məsləhətçisi Filip Rikerlə görüşüb. Bu haqda Qaribaşvili özü Twitter-də yazıb.

“ABŞ-ın elçisi Filip Rikerlə görüşdən məmnunam. Regional dinamikanı, Gürcüstanın Aİ-yə inteqrasiyasını, eləcə də Gürcüstanla ABŞ-ın strateji tərəfsaşlığını, ABŞ-ın regionda və kənarda sülhün, demokratiya və inkişafın irəli aparılmasındakı vacib rolunu müzakirə etdik”, – Baş nazir yazıb.

ATƏT-in Minsk qrupuna yeni təyin olunmuş həmsədri Filip Riker sentyabrın 9-da Ermənistanda Xarici işlər naziri Ararat Mirzoyanın görüşündə “Dağlıq Qarabağ problemi ilə bağlı geniş spektrli məsələlər” müzakirə edilib.

ABŞ diplomatının Gürcüstandan sonra Azərbaycana səfər edəcəyi gözlənilir.

ABŞ Dövlət katibi Entoni Blinken iki həftə öncə Filip Rikeri ATƏT-in Minsk qrupuna həmsədr və Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib.

2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edən Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını bildirir. Rəsmi Bakı Rikerin Minsk qrupu həmsədri kimi təyinatına sərt reaksiya verib.

ATƏT-in Minsk qrupu 30 ilə yaxın sülh danışıqlarına vasitəçilik edib. Ancaq müharibə bitəndən sonra Prezident İlham Əliyev bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin işinin bitdiyini bildirib.

ABŞ-ın yüksək rütbəli rəsmiləri isə Minsk qrupunun həmsədrliyinə dəstək bildiriblər.

Zaporojye AES-in sonuncu işləyən bloku da dayandırılıb

Ukrayna, Zaporojye AES, 1 sentyabr 2022

Sentyabrın 11-i gecə Zaporojjya Atom Elektrik Stansiyasının (AES) sonuncu işləyən 6-cı enerji bloku da elektrik şəbəkəsindən ayrılıb.

Bu barədə Ukraynanın “Enerqoatom” konserni məlumat yayıb. Zaporojye AES-i Zaporojye vilayətinin Rusiyanın işğal etdiyi Enerqodar şəhərindədir.

Enerji blokunun dayanması ilə bağlı xəbəri işğalçı tərəf də təsdiqləyib. “Enerqoatom”un məlumatına görə, Rusiya ordusunun atəşi nəticəsində Zaporojye atom elektrik stansiyasının Ukrayna enerji sistemi ilə birləşdirən bütün kommunikasiya xətləri zədələnib.

Rusiya tərəfi isə həm elektrik xətlərinin zədəlnməsi, həm də atom elektrik stansiyasının atəşə tutulmasına Ukraynanın özünü ittiham edir.

Atom elektrik stansiyası ətrafındakı vəziyyətlə bağlı narahatlıq BMT və dünyanın bir çox ölkələri tərəfindən ifadə olunub. Stansiyaya səfərdən sonra sentyabrın 6-da Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-dəki vəziyyətlə bağlı hesabat dərc edib.

Ekspertlər həmçinin Rusiya hərbi texnikasının Zaporojye AES ərazisində yerləşdiyini müəyyən ediblər. Hesabatda stansiyanın ətrafında “təhlükəsizlik zonası”nın yaradılmasının vacibliyi vurğulanır. Beynəlxalq Atom Enerjisi Agentliyi buna dərhal kömək etməyə hazır olduğunu bildirib.

Agentlik Zaporojye AES-in atəşə tutulmasına son qoymağa çağırır, çünki bu, “nüvə insidentinə” səbəb ola bilər.

Ukrayna stansiya ətrafındakı zonanın tamamilə hərbsizləşdirlməsini tələb edir, bu ideyanı Avropa İttifaqı və ABŞ nümayəndələri dəstəkləyirlər. Rusiya isə bunu istəmir.

Ukrayna ordusu bir-neçə şəhəri azad edib, faktı Moskva da təsdiqləyir

Ukrayna ordusunun xüsusi təyinatlıları Kupyansk şəhərinin mərkəzində, 10 sentyabr 2022

Ukrayna ordusunun Xarkov istiqamətində üç şəhəri azad etdiyi barədə məlumatlar yayılmaqdadır.

Bunu xüsusilə Telegram kanalında "DXR" informasiya nazirinin birinci müavini adlandırılan Daniel Bezsonov yazıb, o Rusiya ordusunun Xarkov istiqamətində İzyum şəhəri daxil bir neçə yaşayış məntəqəsindən çıxdığını yazıb.

"Onlar Xarkov istiqamətində bəzi digər yaşayış məntəqələrindən olduğu kimi İzyumu da tərk ediblər. Təbii ki, bu, pisdir. Təbii ki, bu, ali komandanlığın səhvlərinin nəticəsidir. Amma burada gizli mənalar axtarmağa ehtiyac yoxdur. Söhbət nə razılaşmalardan, nə də xəyanətdən gedir. Biz sadəcə bacardığımız qədər mübarizə aparırıq ", - Bezsonov yazıb.

Məlumatı müharibə müxbirləri Aleksandr Kots və Yevgeni Poddubnı da təsdiqləyib. Poddubny komandanlığın bu şəraitdə geri çəkilmək qərarını düzgün adlandırıb, o bildirib ki, bu olmasa idi Rusiya ordusu İzyumda mühasirəyə düşməsi "fəlakət olar" olar.

Kots öz növbəsində rus qoşunlarının təkcə İzyumdan deyil, Kupyansk və Balakleyadan da getdiyini yazıb. Poddubnı həmçinin Kupyanskdan qoşunların qismən çıxarılması barədə məlumat verib. Ukrayna Silahlı Qüvvələrinin 25-ci Əlahiddə Siçeslav Hava Desant Briqadasının əsgərləri İzyum şəhərinin kənarında lentə alındıqları videonu sosial şəbəkələrdə yayıblar.

Şənbə günü səhər saatlarında Ukrayna ordusunun İzyum və Kupyansk şəhərlərini işğaldan azad etməsilə bağlı çoxsaylı məlumatlar yayılıb. Bu barədə həm rusiyayönlü teleqram kanalları, həm də Ukrayna mənbələri yazıb. Ukrayna Silahlı Qüvvələrinin Kupyanskıni azad etməsini Xarkov vilayəti administrasiyası rəhbərinin müşaviri Natalya Popova təsdiqləyib. O, mesajı Xarkov vilayətində üçüncü ən böyük və Ukraynanın şərqindəki mühüm nəqliyyat qovşağı olan bu şəhərin mərkəzində ukraynalı hərbçilərin fotoşəkili ilə müşayiət edib.

Şənbə günü axşam saatlarında Kupyanskın şimalında, Rusiya sərhədi yaxınlığındakı Volçansk şəhərindən rus qoşunlarının çıxarılması barədə xəbərlər yayılıb.

Rusiya Müdafiə Nazirliyinin sentyabrın 10-da yaydığı məlumatda Xarkov vilayətində, Balakliya və Çuqev bölgələrində Ukrayna ordusunun mövqelərinə zərbələr endirildiyi bildirirdi.

Amma Ukrayna ordusunun Xarkov vilayətində cəbhənin yarılmasından və onlarla yaşayış məntəqəsini azad etməsindən sonra ilk dəfə olaraq Rusiya qoşunlarının geri çəkilməsini dolayı yolla ilk dəfə təsdiqləyib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Davamı

XS
SM
MD
LG