Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 03:46

İraqda Al-Jazeera bağlanır


Arxiv fotosu

-

İraq hakimiyyəti Al-Jazeera televiziyasının Bağdad ofisini bağlayıb, bu şəbəkənin “zorakılıq və məzhəbçiliyi” qızışdırdığını bildirilib.

İraqın Kommunikasiya və Media Komissiyası televiziyaya məktub göndərərək 24 mart tarixli məktubu barədə məlumat verir. Qərar büronun lisenziyasının ləğvini və ofisi bir illiyə bağlamağı nəzərdə tutur.

Qətərdə mənzillənən televiziya peşəkar və obyektiv yayım qaydalarını pozmadığını, bu qərarın hökumətin “söz azadlığını təmin etmək öhdəliyinə” zidd olduğunu bildirib.

İraq hakimiyyəti dəfələrlə Al-Jazeera-ni tənqid edib, bu televiziyanın İslam Dövləti silahlı qruplaşmasına müsbət yanaşdığını bildirib.

İraqda belə fikirlər var ki, Qətər qəsdən radikal islamçı qrupları maliyyələşdirir, İran və şiə islamın regionda təsirini azaltmağa çalışır.

XS
SM
MD
LG