Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:22

Vilayət Eyvazov səfirlərlə görüşüb


Vilayət Eyvazov
Vilayət Eyvazov

-

Aprelin 28-də Daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərlə görüşüb. Görüş diplomatik korpusun istəyi ilə baş tutub.

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.

Məlumatda bildirilir ki, V. Eyvazov səfirlərə müstəqillik illərində Azərbaycanın inkişaf yolu, insan hüquq və azadlıqlarının təmini, mövcud kriminogen durum haqda danışıb. Nazir müavini həmçinin, diplomatik nümayəndəliklərin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsinə böyük önəm verildiyini qeyd edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin yaranma, hazırkı durumu da müzakirə mövzusu olub.

Xarici İşlər Nazirliyinin görüşdə iştirak edən idarə rəisi Pərvin Mirzəzadə səfirliklərin və diplomatik korpus nümayəndələrinin təhlükəsizliklərinin təmini istiqamətində görülən işlərdən danışıb. O, Azərbaycanı təmsil edən diplomatların bəzi xarici dövlətlərdə qarşılaşdıqları problemlərdən də söz açıb.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Naxçıvan MTN nazirini döyüb, üzünə tüpürüblər - Vəkil

XS
SM
MD
LG