Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 07:40

İD liderlərindən biri öldürülüb


Livan, arxiv fotosu

-

Livan rəsmiləri hərbi qüvvələrinin İslam Dövləti (İŞİD) qruplaşması liderlərindən birini öldürdüyünü bildirir. O, Suriya ilə sərhəddə dağlıq ərazidə əməliyyat zamanı öldürülüb.

Həmin liderin Nayif al-Shaalaan olduğu deyilir. Livan dövlət mediası onun həm də Abu Fawz adıyla tanındığını bildirir.

Suriya müharibəsi qonşu Livanda sünni və şiə müsəlmanlar arasında ədavəti qızışdırıb. Livanın şiə yaraqlı qrupu olan Hizballah Prezident Bashar al-Assad-ı dəstəkləməksən ötrü Suriyaya minlərlə döyüşçü göndərib.

Ancaq Livan sünniləri, eləcə də Suriyadan gələn sünni qaçqınlar Suriya üsyançılarının tərəfini saxlayır.

XS
SM
MD
LG