Aprelin 22-i bütün dünya Yer Gününü qeyd edir. 195 ölkədə ətraf mühitin müdafiəsinə həsr olunmuş aksiyalar keçirilir. Hazırda tullantıların əksər hissəsi Asiya ölkələrinin payına düşür. Təqdim etdiyimiz fotoqalereyada ətraf mühiti çirkləndirməkdə lider olan ölkələrdən danışırıq.
Yer Günü: Zibilli külək və qaz dumanı
5
Nigeriyada Niger çayının deltasında aparılan neft hasilatı ekoloji fəlakətlə nəticələnib. Burada mütəmadi olaraq neft axıntıları baş verir. Neft Emalı Zavodu atmosferə 250 novdən çox zəhərli maddə buraxır. Nəticədə hən ətraf mühit məhv olub həm də yerli əhalinin əksəriyyəti növbənöv onkoloji xəstəliklərə tutulub.
6
Filippinin paytaxtı manila öz "zibilli" çayı ilə məşhurdur. Hər il paytaxtda 8500 ton zibir tullanır və onun əksər hissəsi suya gedir.
7
Haitinin paytaxtı Port-o-Prens sözün əsl mənasında tullantılara "bürünüb". Zibili başqa yerə daşımağa hökumətin vəsaiti çatmır. Zibil həddən artıq çox olanda onu sadəcə yandırırlar.
8
Banqladeşin Hazaribah şəhərində dəri fabriki yerləşir. Bu fabrik yerləşdiyi rayonu dünyanın ən çirkli yerlərindən birinə çevirib. Burada əhali dəri xəstəlikləri və müxtəlif növ allergiyalardan əziyyət çəkir.
Banqladeşlilər özləri ekologiyanı qorumurlar. Hər yerə zibil atılır, məişət və tibbi tullantılar isə çaya axıdılır.
Banqladeşlilər özləri ekologiyanı qorumurlar. Hər yerə zibil atılır, məişət və tibbi tullantılar isə çaya axıdılır.
Facebook forumu