Erməni ekpertlər yaman narahatdırlar...
Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian Azadlıq Radiosuna deyir ki, “Ermənistan Rusiyanın görünməmiş təzyiqinə məruz qalır. Gözləmək mümkündür ki, Rusiya qeyri-müəyyən vədlər müqabilində Ermənistanı Dağlıq Qarabağ ətrafında 1-2 rayonu verməyə məcbur edə. Bu o deməkdir ki, Rusiyanın siyasəti dəyişib, Rusiya özünün strateji müttəfiqi Ermənistana xəyanət edib”.
Ermənistan əhalisinin 76 faizi kasıbdır
Ermənistan əhalisinin 76 faizi kasıblıq həddindən aşağıda yaşayır. Bunu Dünya Bankı öz hesabatında bildirir. Gəliri gündə 5 dollardan az olanları Bank kasıb hesab edir.
Bank kasıblığın iki həddini müəyyən edib: günə 2,5 dollar və 5 dollar səviyyəsi.
Gəliri günə 2,5 dollardan az olanlar Ermənistanda 26 faizdir.
Ermənistanın rəsmi statistikasına görə, ölkə əhalisinin "cəmi" 30 faizi kasıbdır.
Bunları Azadlıq Radiosunun erməni xidməti "168 jam" qəzetinə istinadla yazır.
Kabildə ölənləri sayı 64 oldu
Əfqanıstanın paytaxtı Kabildə törədilən dünənki hücumda ölənlərin sayı 64 nəfərə çatıb.
Bundan başqa 347 nəfərin yaralandığı bildirilir. Bundan əvvəl 28 nəfərin öldüyü bildirilirdi.
İntiharçı aprelin 19-da minalanmış maşını təhlükəsizlik xidmətinin binası qarşısında partladıb, bundan sonra isə yaraqlılar binaya hücum edib.
Ekvadora zəlzələ 3 milyard ziyan vurub
Ekvadorda baş verənzəlzələ nəticəsində, ölkəyə təxminən 3 milyard dollar məbləğində ziyan dəyib. Rəsmi məlumatda 1500 binanın dağıldığı, 10 minlərlə adamın evsiz qaldığı bildirilir.
Ölənlərin sayı artıq 500-nəfəri ötüb.