Moskvada tıxac belə olur. Maşınlar tramvay yolunda
Moskvanın nəqliyyat sistemi dünyada ən pis olanlardandır. Bəzi sürücülər mənzil başına vaxtında çatmaq üçün əlavə yollardan- məsələn, səkilərdən, tramvay yollarından istifadə edir. Bu dəfə isə şəhərdə könüllü olaraq nəqliyyat sistemini səhmana salmağa çalışan könüllülər maneə olur.
Sahibkarlar nazirə nəyi çatdırmaq istəyirlər?
«Sahibkarlar nazir Şahin Mustafayevə çatdırmaq istəyiblər ki, xərclər artdığına görə satış şəbəkələri bağlana bilər. İşçilər ixtisar edilə, mənfəət azaldığına görə qiymətlər bir az da arta bilər».
İqtisadçı Qubad İbadoğlu iri supermarket sahiblərinin iqtisadiyyat naziri Şahin Mustafayevə müraciətini öz Facebook səhifəsində belə dəyərləndirib.
100 minlik saatları kimlər taxır?
Media və sosial şəbəkələrdə dolaşan xəbərlərə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun «Patek Philippe Skeleton» saatı təqribən 100 min, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun «Ulysse Nardin Safari Minute Repeater» saatı - 400 min, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin «Frank Muller» və «Breguet-Classique Complications» saatları toplam 250 min ABŞ dolları dəyərindədir.
Adıçəkilən şəxslərin heç biri belə məlumatlara münasibət bildirməyiblər.
Bu günki AzadlıqLive-da:
Qarabağ danışıqlarına Rusiya prezidenti Putin şəxsən kömək edəcək
Niyə 8 NİDA-çıdan 7-si buraxılır, İlkin Rüstəmzadə isə hələ də həbsdədir?
Azərbaycanın ATƏT-lə yenidən yaxın əməkdaşlıq istəyinin arxasında nə durur?
Avstraliyadakı səfirliyin 2 min litr pivə nəyinə lazımdır? Avstraliya qəzetinin iddiaları, səfir isə təkib edir