Qarabağ danışıqlarına şəxsən Putin kömək edəcək
Rusiya və şəxsən prezident Vladimir Putin bu yaxınlarda başlayacaq Dağlıq Qarabağ üzrə danışıqlarda kompromisə nail olunmasına fəal yardım göstərəcək.
Turan-ın xəbərinə görə, Rusiyanın “İzvestiya” qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən belə yazır.
Komitə sədrindən Qarabağ qazilərinə irad
“Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi həmin maşın xarab olub, deyir ki, yeni maşın verin. Bir dəfə maşın verilib, dövlət bundan artıq nə etməlidir?”.
Bu sözləri parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Modern.az-ın xəbərinə görə, komitə sədri vurğulayıb ki, bu doğru yanaşma deyil.
“Nə edirsən, yenə də elə narazı qalırlar” - deyən G.Rəcəbli Qarabağ müharibəsi əlillərinə mənzillərin mərhələli şəkildə verildiyini qeyd edib.
Ancaq bir sual yaranır: Görəsən millət vəkilinin Qarabağ qazilərinə irad tutmağa haqqı varmı?
İki Astara arasında körpü
Aprelin 21-də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astaraçay üzərindən dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək. Körpü Azərbaycanın Astara rayonu ilə İran Astarası arasında yerləşəcək. Bu haqda İran Dəmir Yol İdarəsinin rəisi Möhsün Purseyid Ağayi deyib.