Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:18

Yalnız oğlanlar üçün iş?


arxiv foto
arxiv foto

-

Rusiyada bəzi işlər qadınlar üçün qadağan olunub

Svetlana Medvedevanın seçdiyi peşəsində irəli getməsi üçün imkanı yoxdur. Sadə səbəbdən: o, qadındır.

İki uşaq anası 30 yaşlı Svetlana Volqa çayında üzən bərənin kapitanı olmaq tanınmaq arzusundadır. O, Samara şəhərindəndir. Kapitan rütbəsini 2005-ci ildə Samara Çay Kollecində alıb.

Ancaq yerli sistemə görə, kapitanlıq həm də ondan gəmi mexanikliyi təcrübəsini tələb edir. Yalnız Rusiya qanunlarına görə isə bu iş ancaq kişilər üçün açıq olan yüzlərlə peşədən biridir.

"ŞAXTAÇI, DÜLGƏR, YANĞINSÖNDÜRƏN, DƏMİRÇİ... QADINLARA QADAĞANDIR"

2000-ci ildə Rusiya hökumətinin qərarına görə, 450 növ iş qadınlar üçün “təhlükəli” və “ağır” sayılıb. Qadağan olunmuş işlər arasında şaxtaçı, dülgər, yanğınsöndürən, maşinist, dəmirçi, 14 oturacaqdan çox yeri olan avtobus sürücüsü peşəsi var.

Dünya Bankı 2015-ci ildə yaydığı gender bərabərliyi ilə bağlı hesabatında Rusiyanı “bir çox peşələrə qadağan qoyan ölkə” adlandırıb. Martın 15-də BMT Rusiyanı qanunvericiliyə dəyişiklik etməyə və qadağan edilmiş işlərin sayını azaltmağa çağırıb.

Svetlana Medvedeva gender diskriminasiyası ilə üzləşmə iddiası ilə 2012-ci ildə hüquqi mübarizəyə başlayıb.

MEDVEDEVAYA SON ANDA "YOX" DEYİLİB

Lana Lanochka
Lana Lanochka

Bu il Medvedeva Samarada mexanik kimi işə düşəlməyə çalışıb. Ancaq işə başlamaq ərəfəsində mövcud qanunvericilik ucbatından müqaviləsi pozulub: “Hər şey imzalanmışdı və mən birinci gün işə başlamalıydım. Gəldim ki, işlə tanış olam. Məlum oldu ki, işləməyim qadağandır”, - Svetlana Medvedeva deyir. Medvedeva bu qadağanın aradan qaldırılması üçün kampaniyaya başlayıb, Kremlə, Əmək və Səhiyyə Nazirliklərinə məktublar yazıb. Ordan aldığı cavablarda isə Əmək Məcəlləsindən sitatlar, hökumət qərarı ilə təhlükəli sayılan işlərin siyahısı göstərilirdi.

O, məhkəməyə üz tutsa da, iddiasının icraata alınmasından imtina edilib. Medvedanın sözlərinə görə, gəmi maşinistliyi motorun səsinə görə təhlükəli iş sayılıb, halbuki, qulaqcıq taxmaqla bu səsi dəf etmək olar, - deyə o bildirir. AzadlıqRadiosuna müsahibəsində Medvedeva əlavə edir ki, peşələri qadınlar üçün qadağan etməkdənsə, bu peşə ilə bağlı vəziyyəti yaxşılaşdırmaq lazımdır. Rusiyalı xanım üzləşdiyi problemi yerli çərçivədən çıxarıb, beynəlxalq səviyyədə ictimailləşdirməyə çalışır. O, BMT-yə qədər gedib çıxıb.

"TƏHLÜKƏLİDİR? SÜBUT ELƏ"

Svetlana Medvedeva
Svetlana Medvedeva

BMT-dən martın 15-də gələn rəydə göstərilir ki, onlara sükançı-motorist işinin qadınların reproduktiv sağlamlığı üçün zərərli olması ilə bağlı sübut təqdim etməyib.

Moskvada yerləşən Sosial və Əmək Hüquqları Mərkəzinin rəhbəri Yelena Gerasimova deyir ki, bu sistem sovet dövründən qalmadır:

“Məhdudiyyətlər illər ərzində dəyişib. Bəzi peşələr çıxarılıb, bəziləri əlavə edilib”.

Bir tərəfdən, sovet ideologiyası qadın və kişi arasında bərabərliyi təbliğ edirdi. Sovet kosmonavtı Valentina Tereshkova kosmosa qalxan ilk qadın olub. Ondan 20 il sonra Sally Ride ilk amerikalı qadın kosmonavt olub. Digər tərəfdən, İkinci dünya müharibəsindən çıxmış ölkədə kişi çatışmazlığı vardı və qadınlar daha çox ağır işləri görməyə məcbur olurdu.

1922-ci ildə sovet Əmək Kodeksində qadınlar üçün bəzi peşələr “təhlükəli” iş sayılıb. 1981-ci ildə Kommunist Partiyası qadınların ənənəvi reproduktiv rolunu gücləndirmək üçün qadağa edilmiş peşələrin sayını artırıb. Ötən il Sibir sakini online petisiya yaradıb bu qadağaları ən azı iqtisadi səbəblərdən ləğv etməyə çağırıb. Müraciətdə deyilir ki, artıq zaman dəyişib və qadağan edilmiş peşələr qadınlar üçün ən yaxşı pul qazana bilmək üçün və ya dolanmaqdan ötrü yeganə iş ola bilər. Petisiyanı 650 adam imzalayıb.

XS
SM
MD
LG