Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

Rusiyadan hesabata cavab gəldi


Moskvada etiraz aksiyası, arxiv fotosu

-

Rusiya ABŞ Dövlət Departamentinin insan haqları hesabatına kəskin reaksiya verib. Hesabatda Kremlin Ukraynaya girməsi, eləcə də ölkədə mülki azadlıqların durumu tənqid olunurdu.

Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Konstantin Dolgov bu hesabatı ideoloji “klişelər” və “antirusiya stereotipləri” ilə doldurulmuş “amiranə” hesabat adlandırıb.

“Vaşinqton Birləşmiş Ştatların özündə insan haqları, demokratiya və hüququn aliliyə sahəsində problemlərin həllinə başlamalıdır”, Dolgov aprelin 14-də nazirliyin vebsaytında yerləşdirilmiş bəyanatda deyir.

Dövlət Departamenti bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda insan haqlarının durumunu tənqid edirdi.

XS
SM
MD
LG