Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:11

Diplomatı döyən taksi sürücüsü saxlandı


Taksi
Taksi

-

Moskvada Azərbaycan səfirliyinin konsul şöbəsinin əməkdaşı Emil Məhərrəmovu döyən şəxsin saxlandığı bildirilir.

«Report»un xəbərinə görə, o, hücumdan bir neçə saat sonra polis əməkdaşları tərəfindən saxlanılıb və bölməyə aparılıb. Onun 31 yaşlı Haybula Hacıyev olduğu bildirilir.

İstintaqın rəyinə görə, münaqişə taksidə yaranıb. Baş və bədən nahiyəsinə çoxsaylı zərbələr alan Azərbaycan səfirliyinin müşaviri E.Məhərrəmov xəstəxanaya çatdırılıb. Burada zərərçəkmişə baş beyinin silkələnməsi, dodaq və qaşın yarılması diaqnozu qoyulub.

Ancaq Haybula Hacıyevin hara vətəndaşı olduğu və insidentin hansı səbəbdən baş verdiyi açıqlanmır.

Rusiya mətbuatı Moskvada Konsulluq əməkdaşının döyülməsi və xəstəxanaya yerləşdirilməsi haqda məlumat yaymışdı. Azərbaycanın Rusiyadakı səfirliyi bu xəbəri təsdiqləmişdi.

+++
Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmovu evə gedərkən taksi sürücüsünün qəddarlıqla döydüyü bildirilir.

Hadisə aprelin 15-dən 16-na keçən gecə baş verib

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin açıqlamasında bildirilir.

E.Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb. Ona orada təxirəsalınmaz tibbi yardım göstərilib.

Səfirlik işçisinin hansı səbəbdən döyüldüyü açıqlanmır.

XS
SM
MD
LG