Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 09:11

Əfqan ordusu: 40 İŞİD-çi öldürülüb


Əfqanıstan, arxiv fotosu

-

Əfqanıstan ordusu bildirir ki, ölkənin şərqindəki Nangarhar vilayətinə hava zərbələri nəticəsində azı 40 İslam Dövləti (İŞİD) yaraqlısı öldürülüb.

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, hava hücumu aprelin 14-də endirilib. Bir neçə silahlı da yaralanıb.

Vilayət rəsmisi ölənlərin əsasən əcnəbi döyüşçülər olduğunu bildirib. Onların cəsədləri toplanaraq İŞİD-ə verilib.

Nangarharda İŞİD-lə Taliban arasında ağır döyüşlər gedir.

Təhlilçilər bəzi İŞİD-çilərin keçmiş Taliban üzvləri olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG