Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 03:43

Bank VTB ittihama cavab verdi


-

Bank VTB Cəbhənin təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş Ermənistan hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv etməyi planlaşdırmır. Bankın mətbuat xidməti bununla bağlı məlumat yayıb.

VTB-nin baş ofisi bildirir ki, Ermənistan hərbçilərin ailələrinin kredit borcunun silinməsi barədə qərar qəbul edilməyib. Belə bir qərarın qəbul edilməsi planlaşdırılmır.

RIA-Novosti agentliyi Bank VTB-nin Dağlıq Qarabağda gedən son əməliyyatlarda həlak olan və itkin düşən Ermənistan hərbiçilərinin borcunu silmək barədə qərar verdiyini açıqlamışdı.

Bankın mətbuat xidmətinə istinad edilən həmin məlumatda bu addımın “onlara dəstək məqsədilə” atıldığı deyilirdi.

Bundan sonra Azərbaycanda da bankın eyni addımı atmasına çağırışlar olmuşdu.

XS
SM
MD
LG