Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:58

Uşaq Ədəbiyyatının "Nobeli" Çinə və Almaniyaya getdi


Cao Wenxuan
Cao Wenxuan

-

Hans Christian Andersen Mükafatı təqdim edilib. Bolonya Uşaq Kitabları Sərgisində bu mükafatın münsiflər heyəti mətbuat konfransı keçirərək, 2016-cı il qaliblərinin adlarını açıqlayıblar.

Çinli uşaq ədəbiyyatı yazarı Cao Wenxuan və alman illüstrator Rotraut Susanne Berner 2016 Hans Andersen Mükafatına layiq görülüblər.

Çinin cənub qərbindəki Jiangsu əyalətinin Yancheng şəhərində 1954-cü ildə dünyaya gələn Cao, Pekin Universitetinin Çin Ədəbiyyatı bölməsinin professorudur.

"Uşaq ədəbiyyatının Nobeli" kimi tanınan və 1956-cı ildə təsis edilən Hans Christian Andersen Mükafatı hər iki ildə bir dəfə, əsərlərilə uşaq ədəbiyyatına qalıcı töhfələr verən yaşayan bir yazara və illüstratora verilir.

Danimarka kraliçası II. Margrethe tərəfindən də dəstəklənən mükafat ilk dəfə 1956-cı ildə yazıçı nominasiyasıyla veriləndən sonra 1966-cı ildən ona illüstrator nominasiyası da əlavə edilib.

Bu il mükafata 28 yazıçı və 29 illüstrator namizəd göstərilmişdi.

XS
SM
MD
LG