Keçid linkləri

2024, 27 May, Bazar ertəsi, Bakı vaxtı 23:12

Dünyanın ən böyük Uşaq Kitabları Sərgisində Azərbaycan yoxdur


-

Dünyanın ən böyük uşaq kitabları sərgisi olan Bolonya Uşaq Kitabları Sərgisi açılıb. Hər il 4-7 apreldə keçirilən sərgidə 50-dən çox ölkənin nümayəndələri, minlərlə iştirakçı olur.

Uşaq kitablarıyla maraqlanan tamaşaçılarla yanaşı, dünyanın müxtəlif ölkələrindəki nəşriyyat, yazıçı, illüstrator və tərcüməçilərin də qatıldığı bu kitab sərgisi 1963-cü ildən bu yana keçirilir. Builki fəxri qonaq-ölkə Almaniyadır, Almaniya uşaq kitablarıdır.

Sərgi çərçivəsində konfranslar, tərcümə və kitab illüstrasiyası atelyeləri, həmçinin uşaqların da iştirak edə biləcəyi əyləncəli tədbirlər olur.

Növbəti illərdə çap olunacaq uşaq kitabları üçün müxtəlif ölkələrin nəşriyyatları arasında vasitəçilik edən ədəbiyyat agentləri yeni müqavilələr bağlayacaqlar.

Uşaq ədəbiyyatı üçün nüfuzlu Andersen Mükafatının 2016-cı il qalibləri çinli yazıçı Cao Wanxuan və alman illüstrator R.S.Berner-ə tədbirdə xüsusi diqqət olacaq.

Azərbaycan tədbirin iştirakçılar siyahısında yoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG