Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:08

Pakistanda 5 min yaraqlı saxlanıb


Partlayış yeri, 28 mart, 2016-cı il

-

Pakistanda bazar günü partlayışından sonra 5 min şübhəli yaraqlı saxlanıb. Pasxa bayramı günündə Lahorda törədilmiş intiharçı hücumunda azı 70 nəfər həlak olub.

Puncab vilayətinin dövlət naziri Rana Sanaullah deyib ki, şübhəlilərdən 216 nəfər saxlanıb, qalanları buraxılıb.

Reydləri ölkə polisi, təhlükəsizlik qüvvələri birlikdə keçirib.

Martın 27-də baş vermiş partlayışa görə məsuliyyəti Talibana bağlı Jamaat-ur-Ahrar qruplaşması üzərinə götürüb.

XS
SM
MD
LG