Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:00

Lahorda Pasxa partlayışı: azı 69 nəfər həlak olub


Pakistanın Taliban qrupundan qopmuş Cəmaət ül-İslam qruplaşması Qərb mediasına bildirib ki, hücumun hədəfi Pasxanı qeyd edən xristianlar olub

Pakistanın şərqindəki Lahor şəhərinin ictimai parkında baş vermis partlayışda azı 69 nəfərin həlak olduğu xəbər verilir.

Partlayış baş verərkən parkda böyük izdiham vardı və ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.

Polisin məlumatında partlayışın intiharçı tərəfindən törədildiyi güman edilir.

Partlayış üçün məsuliyyəti öz üzərinə Taliban götürüb.

Üç gün matəm

Pakistan prezidenti partlayışı qətiyyətlə pisləyib və üç gün müddətində matəm elan edib.

Lahor xəstəxanaları həyəcan rejimində işləyir
Lahor xəstəxanaları həyəcan rejimində işləyir

Şəhərdəki bütün xəstəxanaların həyəcan rejimində işlədiyi xəbər verilir.

Partlayışın məşhur Gülşəne İqbal parkının əsas darvazaları yaxınlığında baş verdiyi bildirlir.

Şahidlər deyirlər ki, partlayışın ardınca baş vermis qaçaqaç və basabas daha çox insanın ölməsinə səbbə olub.

Regional hökumətin səhiyyə rəsmiləri 280 nəfərin xəsarət aldığını bildirirlər. Ölü sayının artacağı gözlənilir.

Qurbanların kimliyinin araşdırılması məqsədilə Facebook səhifəsi açılıb.

Hədəf xristianlar olub

Lahor Pakistanın ən varlı və ən böyük vilayətinin paytaxtı, baş nazir Nawaz Sharif-in siyasi dəstək istehkamıdır.

Pakistanın Taliban qrupundan qopmuş Cəmaət ül-İslam qruplaşması Qərb mediasına bildirib ki, hücumun hədəfi Pasxanı qeyd edən xristianlar olub.

Bu arada paytaxt İslamabadda polis islamçı Mumtaz Qadri-nin edamına etiraz edənləri dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə edib.

5 il əvvəl öldürülmüş Pəncab valisi Salman Taseer-in qətlində ittiham olunan Qadri ötən ay edam edilib.

Cənab Taseer o vaxt küfr ittihamları ilə həbs edilmiş xristian qadını müdafiə edirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG