Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:54
2 aprel cəbhə bölgəsi
2 aprel cəbhə bölgəsi

AzadlıqLive -Azərbaycanı ittiham etdilər

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

10:57 28.3.2016

Lahorda Pasxa partlayışı: azı 69 nəfər həlak olub

Pakistanın şərqindəki Lahor şəhərinin ictimai parkında baş vermis partlayışda azı 69 nəfər həlak olub. Partlayış baş verərkən parkda böyük izdiham vardı və ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.

Pakistan, Lahor
Pakistan, Lahor

11:02 28.3.2016

Al Jazeera media şəbəkəsi 500 iş yerini ixtisar etməsi barədə məlumat yayıb

Qətərdə mənzillənən şəbəkə martın 27-də bildirib ki, iş yerlərinin ixtisarı bütün ölkələri əhatə edəcək, ancaq ən çox Dohadakı qərargahda həyata keçiriləcək.

13:13 28.3.2016

Uşaqları daşıyan avtobus qəzaya uğrayıb

Zabrat-Kürdəxanı yolunda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. "Report"-un məlumatına görə 3 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif travmalarla 10 şagird gətirilib. Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb.

"Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb", - xəstəxanadan bildirilib.

13:17 28.3.2016

İntiqam Əliyevlə bağlı məhkəmə başlanır

Martın 28-də Ali Məhkəmənin Plenumunda Baş prokuror Zakir Qaralovun həbsdə olan insan haqları üzrə vəkil İntiqam Əliyevlə bağlı əlavə kassasiya protestinə baxır.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, məhkəməyə yalnız vəkillər Cavad Cavadov və Şəhla Hümbətova buraxılıb. Vəkil Cavad Cavadovun sözlərinə görə, əslində, proses qapalı deyil, sadəcə, Ali Məhkəmənin Plenumunun iclasında kənar şəxslərin iştirakı ilə bağlı praktika yoxdur.

Davamı

XS
SM
MD
LG