Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:32

İran raket sınaqlarında haqlı olduğunu deyir


Foto arxiv

İran ballistik raket sınaqlarının dünya ölkələri ilə imzaladığı nüvə sazişi və BMT qətnamələrinə zidd olmadığını deyir.

İran xarici işlər nazirliyinin sözçüsü Hossein Jaberi Ansari bildirib ki, bu raketlər sadəcə qanuni müdafiə məqsədləri üçündür.

Qeyd edək ki, İran martın 8 və 9-da bir neçə ballistik raketin sınağını keçirib.

Ansari ölkəsinin raket proqramını davam etdirəcəyini deyib.

O həmçinin ölkəsinin beynəlxalq öhtəliklərinə sadiq olduğunu bildirib.

ABŞ bildirib ki, İranın bu addımı BMT-nin təhlükəsizlik şurasına çıxarıla bilər.

Qeyd edək ki, Vaşinqton Tehranın ötən ilin sonlarında keçirdiyi raket sınaqlarına görə İrana qarşı yeni sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG