Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 14:53

AzadlıqLive -Wikipedia həm də danışacaq

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

14:29 9.3.2016

Azərbaycanda 100 min əhaliyə 238 dustaq düşür

Avropanın 47 ölkəsini birləşdirən Avropa Şurası həbsxana statistikasını açıqlayıb. Avropada hər 100 min nəfər əhaliyə 124 məhbus düşür. Statistika 2014-cü il sentyabrın 1-nə olan vəziyyətə əsaslanır. O vaxt Azərbaycanda 22579 dustaq olub. Bu da əhalinin hər 100 min nəfərinə 238 dustaq düşdüyünü göstərir. Türkiyədə bu göstərici 197, Rusiyada 467-dir. Gürcüstanda 227, Ermənistanda 131-dir.

15:07 9.3.2016

Qadın futbolçulara baş örtüklü yeni forma dizaynı

Danimarkanın idman geyimləri şirkəti Hummel 8 Mart Beynəlxalq Qadınlar gününü müsəlman qadınlar üçün yeni futbol formasının dizaynını təqdim etməklə qeyd edib. Əfqanıstan qadın futbol yığması üçün təklif olunan bu formada köynəyin içinə tikilmiş baş örtüyü var (Assoşieyted press)

Hummel şirkətinin sahibi Cristian Stadil deyir ki, müsbət dəyişiklik etmək istəyirsinizsə, xalqların, ölkələrin ehtiyaclarına açıq olun.

15:50 9.3.2016

Wachowski qardaşları Wachowski bacıları oldular

Məşhur "Matritsa" filminin prodüsserləri Wachowski qardaşları Wachowski bacıları oldular.

48 yaşlı Andy transgender qadın oldu, adını da dəyişib, Lilly qoydu. Digər keçmiş və böyük qardaş Larry isə 2003-cü ildən transgender qadındır, adı da Lanadır (Daily Mail qəzeti).

Solda Lana, sağda Andy ( arxiv fotosu)
Solda Lana, sağda Andy ( arxiv fotosu)

16:49 9.3.2016

Bakıda yeni sürüşmə zonaları

Coğrafiya İnstitutu Bakıda sürüşmə zonalarının areallarını müəyyən edib. Bəlli olub ki, paytaxtda hazırkı sahələrindən təqribən 7-8 dəfə artıq potensial sürüşmə zonaları mövcuddur.

Daha çox potensial təhlükəli sürüşmə zonaları Qaradağ, qismən isə Binəqədi və Səbail rayonlarının ərazisinə aiddir. Lökbatan, Sulutəpə, Səngəçal və Ələt ətrafı sahələrdə yeni sürüşmə zonaları müəyyən edilib.

Davamı

XS
SM
MD
LG