Avropa Birliyi liderləri miqrant böhranı ilə bağlı Türkiyə ilə ilkin razılaşmanı alqışlayır
Razılaşmaya əsasən Türkiyə Avropadakı qanunsuz miqrantları geri qəbul etməli, Avropa Birliyi isə əvəzində Ankaraya əlavə vəsait ayırmalı, onunla üzvlük danışıqları və vizasız gediş-gəliş sistemini tezləşdirməlidir.
Maria Sharapovada dopinq tapılıb
Dünyanın keçmiş birinci qadın tenisçisi Maria Sharapova mətbuat konfransında etiraf edib ki, meldonium adlı bu maddəni 10 ildir ki, qəbul edirmiş.Həmin maddə bu ilin yanvarından dopinq siyahısına daxil edilib.
Bloomberg seçkiyə getmir
Nyu Yorkun keçmiş meri Michael Bloomberg deyir ki, bu ilki prezident seçkisinə müstəqil namizəd kimi qatılmayacaq. Bloomberg Trumpa alternativ axtaran respublikaçıların ümidini qırıb
Alonsonun kumirləri
Bakıda mətbuat konfransında Fernando Alonsodan soruşulub ki, kumiri kimdir? Deyib ki. futbolçu Zinedine Zidane və basketbolçu Michael Jordan.