Alonso Bakıda 340 km/saat sürətindən danışır
Formula 1 yarışlarında ikiqat dünya çempionu Fernando Alonso Bakıdadaır. Mətbuat konfransında soruşulub ki, Bakıda yarışlara ayrılan yolun hansı hissəsini bəyənir? Alonso deyib ki, "fikrimcə ən sürətli döngələr pilotlara problem yaradacaq. Şəhərin tarixi hissələrində yollar daralır. Yoxuşlu yollar da var ki, bu asan olmayacaq. Sürətli yol da var ki, orada 340 km/saata qədər sürətlənə bilərik."
E-maili yaradan öldü
E-maili yaradan və @ işarəsini ixtira edən amerikalı proqramçı Ray Tomlinson 74 yaşında ürək tutmasından vəfat edib. O Tomlinsonun ideyasıdır ki, şəbəkədə biri digərinə eketron mesajlar göndərə bilər. Tomlinson ilk belə mesajı 1971-ci ildə göndərdi.
Azərbaycanda qadınlar arasında məşğulluq
Azərbaycanda çalışanların 48 faizi qadınlardır.
Qərar sonraya qaldı
Miqrant böhranı ilə bağlı Avropa İttifaqının Türkiyə ilə birgə keçirdiyi sammit, son qərarın daha sonra qəbul ediləcəyi vədilə başa çatıb. Erdogan isə Avropanı "divara dirəyib".