"Polislə işləyənə pul verilməsi normaldır"
“Polisə daimi əsaslarla işləyənlərə bunun müqabilində pul verilməsi normaldır”. Bunu millət vəkili Azay Quliyev AzadlıqRadiosunun suallarını cavablandırarkən deyib. O, müsahibəsində həm də gözlənən əfv fərmanına toxunub. Ətraflı axşam saat 20-də AzadlıqLive-da Radioda
Putinə dəstək?
Rusiya prezidenti Vladimir Putin-i dəstəkləyənlər onun reytinqinin göyə qalxmasıyla öyünür. Amma «The Washington Post»da Michael Birnbaum bu yanaşmanı sual altına alır:
«Putin-ə dəstək realdırmı? Məndə belə bir güclü təəssürat var ki, realdır, ancaq adamlar Putin-i dəstəklədiklərini deyəndə, bu, bir amerikalının prezident Obama-nı dəstəkləməsiylə eyni anlama gəlmir. 16 illik hakimiyyəti dövründə rusiyalılar ona siyasəti zəbt etmiş biri kimi baxırlar. Birindən Putin-ə dəstəklə bağlı sual verəndə, sanki ondan Rusiyaya dəstək verib-vermədiyini soruşursan. Kim «yox» deyər ki?». Qərb mediasının icmalı
Eminin yeni mahnısı
Rusiyada yaşayan bəstəkar-müğənni Emin Ağalarov yeni mahnısını təqdim edib.
Mahnı “gəl bir-birimizi tapaq” (Давай найдем друг друга) adlanır.
İnfantino dəyişikliyə başladı
Beynəlxalq Futbol Assosiasiyası Şurasının (IFAB) ötən gün keçirilən toplantısında futbol qaydalarına bir çox yeniliklər edilməsi ilə bağlı qərar verilib.
Yeni qaydalara görə, matçların daha ədalətli idarə edilməsi üçün hakimlər mübahisəli epizodların videotəkrarına baxa biləcəklər. Ən vacib qərar isə "üçqat cəza" sisteminin ləğv edilməsidir. Oyunçu adi mübarizə şəraitində penaltiyə səbəb olarsa, ona qırmızı deyil, sarı vərəqə göstəriləcək.