Keçid linkləri

2025, 16 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:57
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive -Soyadsız pasportu olan bakılı

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

12:56 2.3.2016

Bin Ladenin məktubları

Əl-Qaeda təşkilatının keçmiş lideri Osama bin Laden Amerika xalqını “fəlakətli” iqlim dəyişikliyinin qarşısını almaqda və “bəşəriyyəti xilas etməkdə” prezident Barack Obamaya dəstək verməyə çağırıbmış.

Reuters agentliyi xəbər verir ki, bu məzmunda məktub başqa sənədlərlə birlikdə 2011-ci ilin may ayında Osama bin Laden-in Pakistandakı gizli sığınacağına reyd zamanı ələ keçirilib.

13:07 2.3.2016

"Super çərşənbə axşamını" Trump və Clinton udur

İlkin məlumatlara görə, respublikaçı Donald Trump və demokrat Hillary Clinton praymeriz seçkilərində öndə gedir. “Super çərşənbə axşamı” adlandırılan praymeriz seçkilərində Trump 12 ştatdan 6-da, Clinton isə 7-də qələbə qazanıb. İlkin nəticələri CNN, Fox News və digər televiziya kanalları yayıb.

13:29 2.3.2016

Martın 2-si Elmar Hüseynovu anarkən...

Tanınmış jurnalist, «Monitor» jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Qətlin üstündən 11 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.

13:47 2.3.2016

Kadyrov gedə bilərmi?

«Kremlin aydın bir mənzərəsi yaranan kimi, onu yenidən çalxalayan nəsə baş verir. Həftəsonu Çeçenistan prezidenti Ramzan Kadyrov bu il seçkiyə namizədliyini verməyəcəyini açıqlayıb. O, varisinin adını çəkməyib, ancaq onu da deyib ki, siyasətdən birdəfəlik gedir. Amma Rusiyanı izləyənlər bir şeyi dəqiq bilirlər ki, vəzifəsindən qoparılmayacaq iki nəfər var: Prezident Vladimir Putin və Kadyrov». Bunu«Stratfor» Araşdırmalar Mərkəzi yazır.

Davamı

XS
SM
MD
LG