Bankların valyuta tələbatı tam ödənir
Mərkəzi Bankın sədri Elman Rüstəmov bankların valyuta tələbatının tam ödəndiyini deyib.
«Trend»in xəbərinə görə, o, deyib ki, Azərbaycan bankları hərraclar vasitəsilə kifayət qədər həcmdə valyuta alırlar. Vəzifəmiz valyuta ilə təmin etmək deyil, manatın məzənnəsinin ciddi dəyişməsinin qarşısını almaqdır»
İstintaq özbək qadını qətlə sövq edənləri axtarır
Moskvada bir uşağın kəsilmiş başıyla görüntülənən özbək qadın deyir ki, bu dəhşətli qətli törətməyə ona “Allah əmr edib”. İstintaq bundan bir nəticə çıxarır ki, bu qadını bu qətlə təhrik və ya sövq edənlər ola bilər, hərçənd qadın şizofreniyaya görə 1999-cu ildən müalicə olunur. Bunu lenta.ru yazır.
Gyulchekhra Bobokulova martın 2-də Moskvada məhkəməyə gedərkən jurnalistlərə danışıb.
Onu da deyib ki, dayəlik etdiyi 4 yaşlı uşağın qətlini boynuna alır.
Gürcüstana gedənlər artır
Yanvar–fevral aylarında 113 mindən çox Azərbaycan vətəndaşı Gürcüstana səfər edib.
AZƏRTAC-ın Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, ötən illə müqayisədə bu ölkəyə üz tutanların sayı 41 faizdən çox artıb.
"Qalatasaray"a 1 illik qadağa
UEFA “Qalatasaray”ı 1 illiyə avrokubok yarışlarında iştirakdan məhrum edib.
İstanbul klubu maliyyə durumu ilə bağlı qaydaları pozub. Qalatasaray İtaliya klubları İnter və Roma kimi gələn iki ildə maliyyə xərclərini tənzimləməyə söz verib. Bunu Reuters xəbər verir