Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:43

Gürcüstana gedənlər çoxalır


Tbilisi
Tbilisi

-

Yanvar–fevral aylarında 113 mindən çox Azərbaycan vətəndaşı Gürcüstana səfər edib.

AZƏRTAC-ın Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, ötən illə müqayisədə bu ölkəyə üz tutanların sayı 41 faizdən çox artıb.

Nazirlik həmçinin bildirib ki, Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xaricilər sırasında birinci yerdə dayanır. İkinci yerdəki Türkiyədən iki ayda 92 min nəfər Gürcüstana gedib.

Ümumilikdə Gürcüstana gedənlərin sayında ciddi artım müşahidə olunur. Artım 13 faizdən çoxdur. İki ayda Gürcüstana ümumilikdə səfər edənlərin sayı 683 mini ötüb. Onlardan 360 mini turistlər olub.

XS
SM
MD
LG