Ölkə daxilində ciddi problem olmayanda, xarici rəyə də fikir verilmirdi
Arif Əliyev: “Ölkə daxildə ciddi problemlərlə üzləşməyəndə, beynəlxalq qurumların rəylərinə o qədər də diqqət yetirilmirdi."
Fevralın 29-da Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidentiPedro Agramunt bir qrup hüquq müdafiəçisi və media rəhbərləri ilə görüşüb. Görüşdə ölkədə insan hüquqlarının və media azadlığının durumu ətrafında müzakirələr aparılıb.
İlham Əliyev deyir ki, qazı siyasətə qatmaq olmaz
«Enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz. Bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır».
APA xəbər verir ki, prezident İlham Əliyev bunu «Cənub Qaz Dəhlizi» layihəsinin Məşvərət Şurasının toplantısında deyib.
Ekspertlər Şurasında çoxluq islahatçılara keçir
İranda 26 fevral seçkisinin son nəticələrinə görə, prezident Hassan Rohaninin islahatçı müttəfiqləri Ekspertlər Şurasında çoxluğu qazanıblar. 88 üzvü olan Şura İranın Ali dini rəhbərini seçir.
Mogherini Bakıda nələri dedi?
"Brüsseldə, Bakıya səfərimizdə və ya AB-nin xüsusi nümayəndəsi vasitəsilə apardığımız müzakirələrdə əsas mövzu insan hüquqları ilə bağlıdır. İnsan hüquqları Bakıya baş tutan səfərimin də gündəliyində duran məsələdir. Burada mən hakimiyyət orqanları, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyəm», - bunu Avropa Birliyinin xarici işlər komissarı Federica Mogherini «Turan»a açıqlamasında deyib.