Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 23:53
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive -Soyadsız pasportu olan bakılı

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

14:52 29.2.2016

İcra başçısının oğlu azadlıqda

Noyabrın 12-də məhkəmə belə bir qərar çıxarır:«... Əsgərli İlham Asif oğlu cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə cəzadan azad edilsin. Qərar dərhal icra olunsun...».

Elə dərhal da icra olunur – İlham Əsgərli məhkəmə zalındaca qohumlarına verilir.

«İndi başçının subay-sultan oğlu azadlıqdadır, mənim tifilim, 2 qız övladı qohumlar ümidinə qalan günahsız Əhliman həbsdə..." " Əhliman ailənin yeganə qazanc yeri idi.""

14:17 29.2.2016

QHT-lər Agramuntla görüşüb

Vətəndaş cəmiyyəti fəalları AŞPA prezidenti Pedro Agramunt-la görüşüblər.

Görüşdə media və vətəndaş cəmiyyəti institutlarının hazırkı durumu, problemləri müzakirə olunub.Bakıda səfərdə olan AŞPA prezidentinin bir sıra rəsmi görüşlərlə yanaşı, həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədova da baş çəkəcəyi gözlənilir.

P.Agramunt AŞPA prezidenti olana qədər AŞPA-nın Azərbaycan üzrə iki həmməruzəçisindən biri idi.

14:05 29.2.2016

Gömrük Komitəsi ilə müstəqil iqtisadçının mübahisəsi davam edir

Azərbaycan gömrüyündə idxalın qeydiyyatdan yayındırılması barədə iqtisadçı ekspert Qubad İbadoğlunun mediada yer alan araşdırması Dövlət Gömrük Komitəsində (DGK) etirazla qarşılanmışdı. Bu araşdırmaya görə, yalnız ötən il Rusiya, Türkiyə və Gürcüstandan Azərbaycana gətirilən 1 milyard 600 milyon dollarlıq məhsul gömrükdə qeydiyyata alınmayıb. Belə problemləri aktual, amma təbii sayan və dünyanın əksər ölkələrində mövcud olduğunu bildirən DGK-nın arqumentlərini Qubad İbadoğlu düzgün saymır.  

13:24 29.2.2016

Pulun yarısı yeməyə gedir

«ABŞ-ın Vaşinqton Dövlət Universitetinin tədqiqatının nəticələrinə görə, Azərbaycan əhalisi illik gəlirlərinin 48.5 faizini ərzağa xərcləyir».

Hazırda ABŞ-da yaşayan iqtisadçı-alim Qubad İbadoğlu bu fikirləri özünün Facebook səhifəsində bölüşüb.

Q.İbadoğlu dünyada ərzağa ən az pul xərcləyən ölkələrin ilk onluğunu belə sıralayır: «ABŞ (6.8 faiz), İrlandiya (7.1 faiz), Sinqapur (8.1 faiz), Böyük Britaniya (8.9 faiz), Kanada (9.1 faiz), Almaniya, Hollandiya, Danimarka (11.4 faiz), İsveçrə (11.6 faiz) və Finlandiya (12.1 faiz) .

Dünya üzrə illik gəlirlərini ərzağa ən çox xərcləyən ölkə isə Azərbaycandır.

Davamı

XS
SM
MD
LG