Hasarlanmış Xəzər
Adı xalqın, dadı isə məmurların olan Xəzər: Azərbaycanın bu təbii sərvəti hasarlardan xilas ediləcəkmi?».
Müəllif İlkin Murad isə bu sualı musavat.com saytının oxucularına verib. Məqalədə dəniz sahillərinin hasarlanmasından bəhs edilir:
«Xəzərin insan əli çata biləcək hər yerini ya hasarlayıblar, ya da istirahət mərkəzlərinə çeviriblər. Mərdəkanı, Şüvəlanı, Nabranı, Buzovnanı, Pirşağını… İnsan əli çata biləcək hər yeri... Xəzərin çox ciddi «hasar dərdi» var. Bu dərd, bu problem bir neçə dəfə Milli Məclisin də müzakirəsinə çıxarılıb. Amma nəticə yoxdur». Media icmalı