-
Umberto Eonun son romanının nəşr tarixi onun ölümü ilə əlaqədar, may ayından bu cüməyə (26 fevral) çəkilib.
Kitab "Pape Satan Aleppe: Chronicles of a Liquid Society” adlanır, müəllifin "L'Espresso" dərgisində 2000-ci ildən bu yana çap olunmuş esselərinin, köşə yazılarının toplusudur.
Kitabın adının bir hissəsi 14-cü əsr şairi Dante Alighieri’nin "İlahi komediyası"nın 7-ci hissəsinin ilk üç sözüdür. Kitabın adının o biri hissəsini isə Eco “bizim zamanımız maye kimi çaş-başdır" mənasında qoyub.
U.Eco bu kitabı çap olunmaq üçün yeni "La Nave di Teseo" nəşriyyatına vermişdi. Bu o nəşriyyatdır ki, keçmiş baş nazir Silvio Berlusconinin ailəsinə məxsus "Arnoldo Mondadori Editore" nəşriyyatının İtaliyadakı monopoliyasına qarşı yeni yazıçılar tərəfindən yaradılmışdı.