Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 09:36

Köçkünlər aylardır qazsız qalıb...


-

Binəqədi şosesi döngə 1 və döngə 2-də məskunlaşan məcburi köçkünlər noyabr ayından mavi yanacaq üzünə həsrət qalıblar


“Azadlıq.info” saytı xəbər verir ki, bu barədə onlara məcburi köçkünlərin özləri zəng edib bildiriblər.

Köçkünlərin deməsinə görə, onlar dəfələrlə aidiyyatı orqanlara müraciət etsələr də müxtəlif bəhanələrlə üzləşiblər.

Məcburi köçkünlər bildirir ki, əgər onların problemi həll olunmasa Binəqədi şosesini bağlayıb etiraz aksiyası keçirəcəklər.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin məsələyə münasibətini, hələlik, öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG