Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Dekabr, bazar, Bakı vaxtı 06:11

Kosovo parlamentinin iclası yenə pozuldu


Foto arxiv

Kosovo parlamentinin sesiya fevralın 19-da yenidən pozulub.

Buna səbəb müxalifətdən olan deputatların yenidən iclas zalına gözyaşardıcı qaz buraxılması olub.

Müxalifətin yüzlərlə tərəfdarı parlamentin qarşısına toplaşaraq hökumətin istefasını tələb edib.

Qeyd edək ki, Serbiya ilə razılaşmaya qarşı çıxan müxalifət ötən ilin sentyabrından parlamentin sesiyalarını bu üsulla pozur.

Razılaşmada Kosovodakı etnik serblərə daha böyük muxtariyyət verilməsi nəzərdə tutulur.

Müxalifət həmçinin Montenegro ilə sərhədin yenidən təyin edilməsi ilə bağlı hökumətin planına qarşı çıxır.

XS
SM
MD
LG