Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

İraqda 40 nəfər ölümə məhkum edildi


Foto arxiv

İraq məhkəməsi 2014-cü ildə yüzlərlə çağırışçının “İslam Dövləti” qrupu tərəfindən kütlvi qətlinə görə 40 nəfəri ölümə məhkum edib.

Bu barədə fevralın 18-də məhkəmənin sözçüsü Abdel Sattar Bayraqdar məlumat verib.

O həmçinin bu iş üzrə 7 nəfərə bəraət verildiyini deyib, amma əlavə detallar barədə məlumat verməyib.

2015-ci ilin iyulunda da 24 nəfər bu işlə bağlı ölümə məhkum edilib.

Yaraqlılar həmin vaxt Tikrit ətrafında 1700 əsgərin edam olunduğunu deyirlər.

Human Rights Watch təşkilatı isə ölənlərin 770 nəfər olduğunu bildirir.

XS
SM
MD
LG